“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.01.2013, 10:31
1151

15 yanvar

A- A+

15 yanvar 1902 - Böyük türk şairi, dramaturq Nazim Hikmət (1902 - 3.6.1963) anadan olub.

Azərbaycan

 

15 yanvar 1914 - Yazıçı Ənvər Yusif oğlu Qasımov (1914-1989) Yevlax rayonunda anadan olub. Əsərləri: "Düşmənimin düşməni", "Cərrahlar" romanları, “Hamballar" povesti və s. 

 

15 yanvar 1936 - Yazıçı, publisist, ssenarist, tərcüməçi Vaqif Musa (Vaqif Məmmədyusif oğlu Musayev; 1936-1997) Quba rayonunun Rustov kəndində anadan olub. “Səhər mehi”, “Bəyim çayı boyunca”, “Ömrün də yazı varmış”, “Sənin yolunda” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. 

 

15 yanvar 1940 - Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Ələsgər oğlu Kazımzadə anadan olub.  Azərbaycan kinosunun gerçək tarixinin (2 avqust 1898-ci il) üzə çıxması onun tədqiqatlarının nəticəsidir. Bir çox kitabların müəllifi, “Azərbaycan Kino Ensiklopediyası”nın tərtibçisidir.

 

15 yanvar 1952 – Tanınmış tarixçi alim, professor Cəmil Poladxan oğlu Həsənli Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. XX əsr Azərbaycan tarixinin bir çox qaranlıq səhifələrinə işıq salan 10-dan çox kitabın müəllifidir. Milli Məclisin deputatı (2005-2010) olub. 

 

15 yanvar 1952 - Yazıçı-publisist, filologiya elmləri namizədi, ictimai xadim Səyyad Aran (Səyyad Adil oğlu Salahlı) İmişli rayonunun Qaradonlu kəndində anadan olub. Milli Məclisinin deputatı, Azərbaycanın İstanbulda baş konsulu olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavinidir. Nəsr kitabları: “Körpü”,  “Soyuq günəş”, “Sandıqda qalan muştuluq”.

 

Dünya

 

15 yanvar 1622 - Görkəmli fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin dit Moliere; 1622-17.2.1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, Don-Juan”, “Zorən təbib”, “Xəsis” və s.

 

15 yanvar 1795 - Rus şairi, yazıçı-dramaturq, diplomat Aleksandr Sergeyeviç Qriboyedov (1795-11.2.1829) anadan olub. “Ağıldan bəla” komediyasının müəllifidir. Azərbaycanın Rusiya və İran tərəfindən bölüşdürülməsinə dair Türkmənçay müqaviləsindən sonra (1828) Tehranda Rusiyanın səfiri olub, orada qətlə yetirilib.

 

15 yanvar 1850 - Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu, 1850-15.6.1889) anadan olub.

 

15 yanvar 1850 - Məşhur rus riyaziyyatçısı, yazıçı və publisist Sofya Kovalevskayanın (1850-1891) doğum günüdür. Əsərləri: “Voronsov ailəsi” romanı, “Nigilist qız” povesti.

 

15 yanvar 1870 - Ukrayna yazıçısı, şərqşünas, akademik Aqafangel Yefimoviç Krımski (1871-1942) anadan olub.

 

15 yanvar 1891 - Görkəmli rus (yəhudi əsilli) şairi, ədəbiyyatşünas Osip (İosif) Mandelştam; 1891-1938) anadan olub.

 

15 yanvar 1902 - Böyük türk şairi, dramaturq Nazim Hikmət (1902 - 3.6.1963) anadan olub. Siyasi baxışlarına görə kommunist olan şair 1938-ci ildə Türkiyədə 28 illik həbsə məhkum edilmiş, 1951-ci ildə ona SSRİ-yə mühacirət etməyə icazə verilmişdi. Türkiyə vətəndaşlığından məhrum edilən Nazim Hikmət ömrünün axırınadək SSRİ-də yaşadı. Məzarı Moskvadadır. Şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında bəstəkar Arif Məlikov eyniadlı balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, "Bir məhəlləli iki oğlan" ("Azərbaycanfilm"), "Məhəbbətim, kədərim mənim" ("Mosfilm") filmləri çəkilib.

 

15 yanvar 1917 - SSRİ Xalq artisti, aktyor Yevgeni Lebedev (1917-9.6.1997) anadan olub. Rasim Ocaqovun “İstintaq” filmində (Muradın kamera yoldaşı) çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi