20 yanvar
20 yanvar 1920 - Dünya şöhrətli italyan kinorejissoru Federiko Fellini anadan olub...
Azərbaycan
20 yanvar 1882 - Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində аnаdаn оlub.
20 yanvar 1928 - Akademik, etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov Qazax rayonunun Şıxlı kəndində doğulub. Azərbaycan etnoqrafiyası, musiqi mədəniyyəti, respublikamızda arxeologiya elminin inkişafı, qədim tarixlə bağlı tədqiqat əsərlərinin müəllifidir.
20 yanvar 1940 – Teatr rejissoru, Xalq artisti Cənnət Əlibəy qızı Səlimova anadan olub. Rus Dram, Bakı Kamera teatrlarının rejissoru olub, Musiqi Komediya, Opera və Balet teatrlarında tamaşalara quruluş verib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Mədəniyyət və İncəsənət Universitetinin professorudur. "Şöhrət" ordeni ilə təltif edilib.
20 yanvar 1977 - Şair, publisist Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 -1977) vəfat edib.
20 yanvar 2010 - Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar abidə kompleksinin açılışı olub. Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
Dünya
20 yanvar 1586 - Alman bəstəkarı İohann German Şteyn (Johann Hermann Schein, 1586-1630) anadan olub.
20 yanvar 1804 - Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue, 1804-1857) anadan olub. “Parisin sirləri”, “Matilda”, “Məhəbbət uşaqları”, “Əbədi Jid” və s. romanların müəllifidir.
20 yanvar 1884 - Rus yazıçısı Yevgeni İvanoviç Zamyatin (1884-1937) anadan olub. Sosial-fantastik mövzulu “Biz” romanı ilə məşhurlaşıb.
20 yanvar 1884 - Amerika fantast yazıçısı Abraham Merrit (Abraham Grace Merritt, 1884-1943) anadan olub.
20 yanvar 1920 - Dünya şöhrətli italyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 1920 - 31.10.1993) anadan olub. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya geçələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.
20 yanvar 1926 - Amerika aktrisası, “Oskar” mükafatçısı Patrisiya Nil (Patricia Neal, 1926-2010) anadan olub.
20 yanvar 1946 - Amerika kinorejisoru, Kann festivalının qalibi, ssenarist Devid Linç (David Keith Lynch) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: