“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.01.2013, 10:06
1430

8 yanvar

A- A+

8 yanvar 1920 – Xalq artisti, görkəmli aktrisa Leyla Bədirbəyli anadan olub...

Azərbaycan

 

8 yanvar 1920 – Xalq artisti, teatr və kinoda yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Bədirbəyli (1920-23.11.1999) Bakıda anadan olub. “Səbuhi” (Tubu), “Arşın mal alan” (1945, Gülçöhrə), “Fətəli xan” (Tuti Bikə), “Görüş” (Bilqeyis), “Onun böyük ürəyi” (Xalidə), “Dərviş Parisi partladır” (Şərəbanu) və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatına layiq görülüb.

 

Dünya

 

8 yanvar 1824 - İngilis yazıçısı Uliki Kollinz (William Wilkie Collins, 1824 - 1889) anadan olub. “Aylı daş”, “Ağpaltarlı qadın”, “Qanun və qadın” romanlarının müəllifidir.

 

8 yanvar 1910 - Məşhur rus balerinası, SSRİ Xalq artisti Qalina Sergeyevna Ulanova (1910 - 1998) anadan olub.

 

8 yanvar 1935 - Dünya şöhrətli Amerika müğənnisi, aktyor Elvis Presli (Elvis Aaron Presley; 1935 - 16.8.1977) anadan olub. “Rok-n-roll”un kralı, XX əsr musiqisinin ən məşhur nümayəndələrindən biri kimi dünya mədəniyyəti tarixinə düşüb. Musiqiçinin ümumi tirajı 1 milyard nüsxə olan 150-dən çox albomu işıq üzü görüb.

 

8 yanvar 1941 - Britaniya aktyoru, ssenarist, prodüser, bəstəkar Qrehem Çepmen (Graham Arthur Chapma, 1941 - 1989) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi