“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.01.2013, 10:37
1417

16 yanvar

A- A+

16 yanvar 1944 - Tanınmış ədəbiyyatşünas, ictimai xadim Aydın Məmmədov anadan olub...

Azərbaycan

 

16 yanvar 1905 - Məşhur neft milyonçusu Şəmsi Əsədullayevin qızı, yazıçı Üm-əl Banin (Ümbülbanu Şəmsi qızı Əsədullayeva; 1905-1994) anadan olub. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində əsərlər yazıb.

 

16 yanvar 1939 - Şair Vaqif Nəsib (Vaqif Hüseyn oğlu Nəsibov) Qazaxda anadan olub.

 

16 yanvar 1944 - Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944-20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı (1990-1991) olub. 1991-ci il aprelində deputat həmkarı, alim Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.

 

Dünya

 

16 yanvar 1675 - Məşhur fransız memuar yazıçısı Lui de Ruvrua Sen Simon (Louis de Rouvroy, duc de Saint-Simon, 1675-1775) anadan olub.

 

16 yanvar 1749 - İtaliya şairi və dramaturqu, italyan dramaturgiyasının (faciə) banilərindən biri Vittorio Alfieri (1749-1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.

 

16 yanvar 1867 - Rus yazıçısı, şair və tərcüməçi Vikenti Vikentyeviç Veresayev (Smidoviç, 1867-1945) anadan olub. Əsərləri: “Yolsuz”, “Həkimin qeydləri”, “Canlı həyat” və s.

 

16 yanvar 1934 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Vasili Lanovoy anadan olub. Filmləri: “Pavel Korçagin”, “Baharın on yeddi anı”, “Qara kvadrat” və s.

 

16 yanvar 1948 - Amerika kinorejissoru, ssenarist, aktyor və kino bəstəkarı Con Karpenter (John Carpenter) anadan olub. “Hellouin”, “Duman”, “Nyu-Yorkdan qaçış” və s. qorxu filmlərinin (sleşer) müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi