“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.01.2013, 10:23
1542

12 yanvar

A- A+

12 yanvar 1908 - Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera əsəri idi...

Azərbaycan

 

12 yanvar 1908 - Böyük bəstəkar Üzeyir Hacıbəylinin müəllifi olduğu “Leyli və Məcnun” operası tamaşaya qoyulub. Bu, müsəlman Şərqində yaranan ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda idi: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə 25 yanvar - red.) “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”. 

Üzeyir bəyin Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı operanın ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən ibarət idi. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi. Məcnun rolunu Hüseynqulu Sarabski oynamışdı. 

 

12 yanvar 1925 - Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925 - 24.11.1982) Quba rayonunun Susay kəndində doğulub.

 

12 yanvar 1928 - Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli (1928 - 15.2.2016) anadan olub. Estetika və bədiilik məsələlərinə dair əsərlərin, "Qardaşım mənim-sirdaşım mənim", "Bir ömrün iztirabları" və s. povestlərin müəllifidir. 

 

12 yanvar 1940 - Mahir klarnet ifaçısı, Xalq artisti, Prezident təqaüdçüsü Vəli Nurbala Qədimov (1940 -15.4.2009) Bakəda anadan olub.

 

12 yanvar 2004 - Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb. Milli Ensiklopediyanın ilk xüsusi nəşri - “Azərbaycan” cildi 2007-ci ildə çapdan çıxdı.

 

Dünya

 

12 yanvar 1628 - Fransız nağıl yazıçısı Şarl Perro (Charles Perrault, 1628 - 1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.

 

12 yanvar 1800 - Fransız rəssamı Ejen Lui Lami (Eugene Louis Lami, 1800 - 1890) anadan olub.

 

12 yanvar 1863 - Məşhur hind filosofu Svami Vivekananda (əsl adı Narendranatx Datta, 1863 - 1902) anadan olub.

 

12 yanvar 1876 - Görkəmli Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 1876 - 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.

 

12 yanvar 1910 - Alman aktrisası Luiza Rayner (Luise Rainer; 1910 - 30.12.2014) Vyanada anadan olub. 105 yaşında vəfat edən aktrisa ən qocaman “Oskar” (1936 və 1937-ci illərdə layiq görülüb) laureatı kimi tarixə düşüb.

 

12 yanvar 1936 - Məşhur Latviya bəstəkarı, SSRİ Xalq artisti Raymond Pauls (Ojars Raimonds Pauls) anadan olub.

 

12 yanvar 1937 – Fransız aktrisası Mari Dübua (Marie Dubois - Claudine Lucie Pauline Huze) anadan olub. Filmləri: “Böyük gəzinti”, “Təhlükə”, “Cəhənnəmə yol”və s.

 

12 yanvar 1949 - Məşhur yapon yazıçısı Haruki Murakami anadan olub. "Norveç meşəsi", "Kafka sahildə", “1Q-84” və s. romanların müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi