30 yanvar
30 yanvar 1923 - Məşhur kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday anadan olub...
Azərbaycan
30 yanvar 1920 - Kinooperator Teyyub Axundov (1920 - 3.12.1991) anadan olub. “Onu bağışlamaq olarmı?”, “Sehrli xalat”, “Dağlarda döyüş”, “Tütək səsi” və s. filmlərin operatorudur.
30 yanvar 1936 - Əməkdar elm xadimi, ədəbiyyatşünas Araz Məmməd Arif oğlu Dadaşzadə (1936 - 4.11.1990) anadan olub. “Vaqif”, “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyalarının müəllifidir.
30 yanvar 1949 - Aktrisa Emma Qələndər qızı Məlikova anadan olub. Musiqili Komediya Teatrında çalışır. “Qəzəlxan”, “Şirbalanın məhəbbəti” flimlərində çəkilib.
30 yanvar 1992 - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1995-ci ildən ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Praqada (Çexiya) keçirilən toplantısında Azərbaycan bu təşkilata üzv qəbul olunub.
30 yanvar 2006 – Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında” fərmanı ilə Mədəniyyət, Gənclər, İdman və Turizm nazirlikləri əğv edilib, Mədəniyyət Nazirliyinin əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Prezidentin eyni tarixli sərəncamları ilə Əbülfəs Mürsəl oğlu Qarayev gənclər, idman və turizm naziri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təyin olunub.
Dünya
30 yanvar 1720 - İtalyan rəssamı, Venesiya məktəbinin nümayəndəsi Bernardo Belotto (Bernardo Francesco Paolo Ernesto Bellotto; 1720-1780) anadan olub.
30 yanvar 1900 - Tanınmış rus-sovet bəstəkarı İsaak Osipoviç Dunayevski (1900-1955) anadan olub. 13 operetta və baletin, onlarla kinofilmə musiqinin, çoxsaylı populyar mahnının müəllifidir.
30 yanvar 1923 - Məşhur kinorejissor, SSRİ Xalq artisti Leonid Qayday (1923-19.11.1993) anadan olub. Populyar sovet kinokomediyalarının (“I əməliyyatı”, “Qafqaz əsiri”, “Brilyant əl”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Sportloto-82” və s.) müəllifiidir.
30 yanvar 1928 - Amerika blüz musiqisinin tanınmış simalarından olan müğənni Rut Braun (Ruth Brown, 1928-2006) anadan olub.
30 yanvar 1930 - Amerika kinoaktyoru, iki dəfə “Oskar” mükafatçısı Cin Hekmen (Gene Hackman) anadan olub. Filmləri: “Söhbət”, “Supermen” və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: