“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.01.2013, 09:42
1471

4 yanvar

A- A+

4 yanvar 1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Məmmədquluzadə vəfat edib...

Azərbaycan

 

4 yanvar 1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869, Naxçıvan - 1932) vəfat edib. Realist hekayələri ("Poçt qutusu", “Usta Zeynal”, “Qurbanəli bəy”), povestləri ("Danabaş kəndinin əhvalatları”), dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”), məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Yazıçı-dramaturqun 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

 

4 yanvar 1946 – Tanınmış aktyor, Xalq artisti Rafael Məlik oğlu Dadaşov Naxçıvanda doğulub. “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya tamaşalarında (“Ordan-burdan”, “Göz həkimi”) və teatr səhnəsində yaddaqalan rollar oynayıb. 

 

4 yanvar 1946 - Satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (Əli Məhəmməd oğlu Məmmədzadə; 1878-1946) vəfat edib. Gəncə yaxınlığındakı Sarov kəndində (indiki Tərtər rayonu) doğulub. Satirik şeirlərini "Məşədi Sijimqulu", "Kefsiz" və s. imzalarla nəşr etdirib. Sovet dövründə "Yeni yol", "Kommunist" qəzetlərində çap olunub. Kitabları: “Sijimqulunamə” (1927), “Satira mərmiləri” (1945). "Keçmiş günlər" (1944) adlı mənzum xatirəsi dövrün ədəbiyyat və mətbuat tarixini öyrənmək üçün maraqlı mənbədir.

 

4 yanvar 1950 - Tanınmış aktrisa, Rusiyanın Əməkdar artisti İnarə Quliyeva Moskvada doğulub. “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib.

 

4 yanvar 2000 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918, Kazan - 2000) vəfat edib. Milliyətcə tatardır, Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb. 1938-ci ildən Akademik Dram Teatrında çıxış edib. “Qara daşlar”, “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Gümüşgöl əfsanəsi” və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

 

4 yanvar 2003 - «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun mətbuatda dərc olunaraq qüvvəyə minib. Qanun ölkə Konstitusiyasına uyğun olaraq Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu tənzimləyir.

 

Dünya

 

4 yanvar 1785 — Alman folklorçusu, filoloq Yakob Qrim (Jacob Ludwig Karl Grimm; 1785-1863) anadan olub. Qardaşı Vilhelm Qrimlə alman nağıllarını toplayaraq nəşr etdirib. Folklorşünaslıqqa mifologiya məktəbinin banilərindən biridir.

 

4 yanvar 1934 — Tanılnmış gürcü heykəştəraşı Zurab Konstantinoviç Sereteli anadan olub. Rusiyada yaşayır, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ-nin Xalq rəssamıdır.

 

4 yanvar 1960 — Fransız yazıçısı, filosof,  ədəbiyyat üzrə Nobel mükafatı (1957) laureatı Alber Kamyu (Albert Camus, 7.11.1913 - 1960) avtomobil qəzasında həlak olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi