“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.01.2013, 10:22
1427

14 yanvar

A- A+

14 yanvar 1923 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımov anadan olub...

Azərbaycan

 

14 yanvar 1923 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 - 2.8.1980) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında baş rejissor işləyib, Akademik Dram, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb. 1964-cü ildən Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru olub. Milli teatrımızda lirik-psixoloji teatr məktəbinin yaranması onun adı ilə bağlıdır. V.Şekspirin «Antoni və Kleopatra» (1965), Anarın «Şəhərin yay günləri» (1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.

 

14 yanvar 1952 - Görkəmli şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 - 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib. Şair istiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə isə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirət edib. 

 

14 yanvar 1999 - Xalq artisti, teatr və kino aktrisası Barat Həbib qızı Şəkinskaya (28.6.1914, Şuşa - 1999) vəfat edib. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “Görüş” (Şövkət), “O olmasın, bu olsun” (Sənəm), “Qızmar günəş altında” (Sərdarovun arvadı), “Onun bəlalı sevgisi” (Nənə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.

 

Dünya

 

14 yanvar 1818 - Görkəmli fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Hersoginya Finlyandskaya”, “Ulduzların uşaqları” və s. romanların müəllifidir.

 

14 yanvar 1827 - Məşhur rus etnoqraf və coğrafiyaşünası, incəsənət tarixçisi Pyotr Semyonov Tyan-Şanski (1827-1914) anadan olub.

 

14 yanvar 1895 - Başqırd klassik ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Məhəmmədzakiroviç Babiç (1895-1919) anadan olub.

 

14 yanvar 1896 - Portuqal mənşəli Amerika yazıçısı Con Dos Passos (John Roderigo Dos Passos, 1896-1970) anadan olub.

 

14 yanvar 1911 – Məşhur rus yazıçısı Anatoli Naumoviç Rıbakov (1911-1998) anadan olub. “Arbat uşaqları”, “Kortik”, “Tunc quş”, “Ağır qum” və s. romanların müəllifidir. 

 

14 yanvar 1925 – Yapon yazıçı-dramaturqu Yokio Misi (əsl adı Kimitake Hiraoka; 1925-1970) anadan olub. Əsərləri: “Qızıl məbəd” “Maskanın etirafı”, “Bahar qarı”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi