“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.02.2012, 10:11
1397

29 fevral

A- A+

29 fevral 1913 - Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Məmmədxanlı anadan olub...

Azərbaycan

 

29 fevral 1913 - Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913-19.12.1990) Göyçayda anadan olub. "Şərqin səhəri", "Od içində", "Şirvan gözəli" pyeslərinin, nəsr əsərlərinin müəllifidir. "Fətəli xan", “Leyli və Məcnun ", "Babək" filmlərinin ssenarisini yazıb.

 

Dünya

 

29 fevral 1792 - Görkəmli italyan bəstəkarı Coakkino Rossini (Gioachino Antonio Rossini, 1792-1868) anadan olub. Məşhur “Sevilya bərbəri” və 40-dək başqa operanın müəllifidir.

 

29 fevral 1796 - Belçikalı sosioloq, elmi statistikanın banilərindən biri Adolf Ketle (Lambert-Adolph-Jacques Quetelet, 1796-1874) anadan olub.

 

29 fevral 1860 - Amerika ixtiraçısı və mühəndisi, ilk elektron hesablama maşınının (tabulyator) yaradıcısı Herman Hollerit (Herman Hollerith; 1860-1929) anadan olub. İBM kompüter korporasiyasının yaradıcılarından biridir.
 

29 fevral 1920 - Rus yazıçısı, “kənd nəsri”nin tanınmış nümayəndəsi Fyodor Aleksandroviç Abramov (1920-1983) anadan olub.
 

29 fevral 1920 - Rus opera müğənnisi, aktyor, SSRİ Xalq artisti İvan İvanoviç Petrov (Krauze), 1920-2003) anadan olub. “Başsız atlı” filmində Zeb Stamp rolunda çəkilib.
 

29 fevral 1920 - Məşhur fransız aktrisası Mişel Morqan (Michele Morgan - Simone Renee Roussel) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi