“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.02.2013, 09:54
1629

25 fevral

A- A+

25 fevral 1841 - Məşhur fransız rəssamı, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar anadan olub...

Azərbaycan

 

25 fevral 1910 - Sovet Azərbaycanının rəhbərlərindən biri, akademik, genetik-seleksiyaçı İmam Daşdəmir oğlu Mustafayev (1910-10.03.1997) anadan olub. 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın 1-ci katibi olub. Respublikada aqrar elmin (taxılçılıq) inkişafında, elmi kadrların hazırlanmasında xidmətlər göstərib.

 

25 fevral 1910 - Tanınmış rəssam Rüstəm Mustafayev (1910-1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. «Koroğlu» operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Azərbaycan Dövlət İncəsənət Muzeyi R.Mustafayevin adını daşıyır.

 

25 fevral 1951 - Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Hənifə oğlu Yaqubov  Astara rayonunun Balaca Şahağac kəndində anadan olub. “Mən şahidəm ki...”, “Qətiyyətin təntənəsi”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” və s. kitabların müəllifidir.

 

Dünya

 

25 fevral 1707 - İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni, 1707-1793) anadan olub. 200-dən çox pyes yazıb.
 

25 fevral 1841 - Məşhur fransız rəssamı, qrafik və heykəltəraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir, 1841-1919) anadan olub.
 

25 fevral 1871 - Ukrayna ədəbiyyatının klassiki, yazıçı və şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka, 1871-1913) anadan olub.
 

25 fevral 1907 - Məşhur türk yazıçısı və şairi Səbahəddin Əli (1907 - 2.4.1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların, “Leylim ley”, “Aldırma, könül” kimi populyar xalq mahnılarının sözlərinin müəllifidir.

 

25 fevral 1912 - Rus aktyoru, SSRİ Xalq artisti Vsevolod Vasilyeviç Sanayev (1912-1996) anadan olub.

 

25 fevral 1917 - İngilis yazıçısı və ədəbiyyaşünası, bəstəkar Entoni Bercess (John Anthony Burgess Wilson, 1917-1993) anadan olub.

 

25 fevral 1943 - İngilis müğənnisi, bəstəkar, gitaraçı, məşhur “The Beatles” qrupunun üzvü Corc Harrison (George Harrison, 1943-2001) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi