“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.02.2013, 09:30
1481

21 fevral

A- A+

21 fevral Beynəlxalq Ana Dili Günüdür. 1999-cu ildə UNSECO tərəfindən təsis edilib...

Azərbaycan

 

21 fevral 1906 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosundə dəyərli yeri olan ekran əsərlərinə - “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib. 

 

21 fevral 1921 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (1921 - 20.12.2014) Xızıda, yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. "Nizami Gəncəvi və dünya mədəniyyəti” monumental silsiləsi, Qətran Təbrizinin, Xurşudbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları”, “Hüseyn Cavidin aləmi” triptixi və s. tabloların müəllifidir. “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunmuşdu.

 

21 fevral 1921 - Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11.2007) Bakıda anadan olub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.

 

21 fevral 1994 - Azərbaycan Respublikasının Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb. Komissiyaya Azərbaycanın xarici işlər naziri sədrlik edir.
 

21 fevral 1955 - Tarzən, Əməkdar artist Elxan Bəhram oğlu Mənsurov anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster işləyir. 
 

21 fevral 1997 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 - 1997) qətlə yetirilib. Uzun illər Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.

 

Dünya

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. UNSECO-nun məlumatına görə, dünyada 6 minə yaxın dil var və onların yarısı yox olmaq təhlükəsi qarşısındadır.

 

21 fevral 1874 - Abxaz milli ədəbiyyatının banisi, şair və maarifçi Dmitri İosifoviç Qulia (1874-1960) anadan olub.

 

21 fevral 1885 - Fransız dramaturqu, aktyor, rejissor Saşa Qitri (Sacha Guitry - Alexandre Georges-Pierre Guitry, 1885-1957) Sankt-Peterburqda doğulub.
 

21 fevral 1906 - Rus boyakarı, qrafik, kitab illüstrasiyasının tanınmış ustası, SSRİ Xalq rəssamı Yevgeni Adolfoviç Kibrik (1906-1978) anadan olub.
 

21 fevral 1907 - İngilis şairi Uisten Hyu Oden (Wystan Hugh Auden, 1907-1973) anadan olub. 1939-cu ildən Amerikada yaşayıb.
 

21 fevral 1925 - Amerika rejissoru və ssenaristi Sem Pekinpa (David Samuel "Sam" Peckinpah, 1925-1984) anadan olub. Kinoda vestern janrının tanınmış simalarındandır.

 

21 fevral 1942 - Aktrisa, Rusiyanın Xalq artisti (“Moskva göz yaşlarına inanmır” filmində Katerina) Vera Valentinovna Alentova anadan olub.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi