“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.02.2013, 09:36
1736

6 fevral

A- A+

6 fevral 1924 - Tanınmış aktrisa, Xalq artisti Firəngiz Şərifova anadan olub...

Azərbaycan

 

6 fevral 1905 - Bakıda erməni daşnak qüvvələrinin müsəlman (türk) əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək davam edib.

 

6 fevral 1924 - Tanınmış aktrisa, Xalq artisti Firəngiz Şərifova (1924 - 20.2.2014) anadan olub. Görkəmli aktyor, rejissor, Abbasmirzə Şərifzadənin və aktrisa, SSRİ Xalq artisti Mərziyə Davudovanın qızıdır. Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. "Qərib cinlər diyarında” (Tükəz), “Ən vacib müsahibə” (Zaurun anası), «Bayquş gələndə” (Nənə), "Qətl günü" (Nənə) və s. filmlərdə çəkilib. 

 

6 fevral 1927 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. 60-dan çox televiziya tamaşasının rejissoru olub. “Qızmar günəş altında” (Xəlil), “Səhər” (Aslan), “Sehrli xalat” (Əli müəllim) və s. filmlərdə çəkilib.

 

6 fevral 1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 1962-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Bir sıra televiziya tamaşalarında, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

6 fevral 1950 - Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev (1950 - 25.12.2016) Bakının Əmircan kəndində anadan olub. 1977-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. “Şöhrət” ordeni ilə təltif olunub. 

 

6 fevral 1998 –"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının ilk qanunu qəbul edilib. 2012-ci il 21 dekabr tarixində “Mədəniyyət haqqında” yeni qanun qəbul edildi.

 

Dünya

 

6 fevral 1894 - Gürcü kinorejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.
 

6 fevral 1895 - Alman rəssamı Frans Radzvill (Franz Radziwill) anadan olub.
 

6 fevral 1932 - Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932-1984) anadan olub.
 

6 fevral 1951 - Fransız komediya aktyoru Jak Vilre (Jacques Villeret , 1951-2005) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi