“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.02.2013, 09:57
1470

26 fevral

A- A+

26 fevral 1802 - Böyük fransız yazıçısı Viktor Hüqo anadan olub...

Azərbaycan

 

26 fevral 1926 - Bakıda I Beynəlxalq türkologiya qurultayı açılıb. Türk xalqları tarixində mühüm mədəni hadisə olan qurultay martın 6-dək davam edib. 

 

26 fevral 1935 - İctimai-siyasi xadim Artur Rasizadə Gəncə şəhərində anadan olub. 1980-ci illərdə Azərbaycan SSR-də rəhbər vəzifələrdə təmsil olunub. 1996-cı ildə Azərbaycan Respublikasının baş naziri təyin olunub. Dövlət qulluğunda xidmətlətinə görə “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif olunub.

 

26 fevral 1939 - Nasir, publisist Svetlana Rəhim qızı İsmayılova anadan olub.

 

26 fevral 1992 - Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsində tarixin ən dəhşətli qətliamlarından biri baş verib. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının erməni zabitlərinin rəhbərliyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum ediblər. Xocalıda həyata keçirilən soyqırımında 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.

 

Dünya

 

26 fevral 1564 - İngilis şairi və dramaturqu Kristofer Marlo (Christopher Marlowe, 1564-1593) anadan olub.
 

26 fevral 1759 - Alman filosofu, ədəbiyyatşünas, iqtisadçı Lüdviq Henrix fon Yakob (Ludwig Heinrich von Jakob, 1759-1827) anadan olub. 

 

26 fevral 1802 - Böyük fransız yazıçısı, şair, dramaturq Viktor Hüqo (Victor-Marie Hugo, 1802 - 22.5.1885) anadan olub. Fransız romantizminin banisi, «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» və s. romanların müəllifidir.

 

26 fevral 1892 - Məşhur musiqiçi Leopold Vitoldoviç Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda professional violonçel məktəbinin, ilk simli kvartetin yaradıcılarından biri olub. Oğlu, dünya şöhrətli violonçelist Mstislav Rostropoviç Bakıda doğulub (1927). 1942-ci ildə Rostropoviçlər ailəsi Orenburq şəhərinə köçüb və L.Rostropoviç orada vəfat edib. 

 

26 fevral 1931 - Məşhur isveçrəli dilçi alim, psixoloq, esperanto mütəxəssisi Klod Piron (1931-2008) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi