“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.02.2013, 09:45
1117

9 fevral

A- A+

9 fevral 1881 - Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Dostoyevski vəfat edib...

Azərbaycan

 

9 fevral 1924 - Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində “Araz Türk Cümhuriyyəti” adı ilə yaranmışdı. Sovetləşmədən sonra, 1921-ci ilin Moskva və Qars müqavilələri bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsbit etdi. 1923-cü ildə Naxçıvan Muxtar Diyarı adlanıb, Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlanıb. 1990-cı ilin 17 noyabrından Naxçıvan Muxtar Respublikası adlanır. Ərazisi (5,5 min kv. km) Naxçıvan şəhəri və 7 rayondan (Babək, Kəngərli, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur) ibarətdir.

 

9 fevral 1925 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (1925-2004) anadan olub.
 

9 fevral 1936 - Əməkdar incəsənət xadimi, bəstəkar Məmməd Mehdi oğlu Quliyev (1936-2001) anadan olub.

 

9 fevral 1942 – Yazıçı-publisist, filologiya elmləri doktoru Fazil Şamil oğlu Rəhmanzadə аnаdаn оlub. “Əsrə bərabər gecə” kitabının müəllifidir.

 

Dünya

 

9 fevral 1441 - Məşhur özbək şairi və mütəfəkkiri, dövlət xadimi Əlişir Nəvai (Nizaməddin Mir Əlişir oğlu Nəvai; 1441 - 3.1.1501) Heratda doğulub. Nizami Gəncəvinin “Xəmsə”sindən təsirlənərək eyniadlı əsərlər toplusu (beşlik) yaradıb.

 

9 fevral 1783 - Rus şairi, ədəbiyyatşünas Vasili Andreyeviç Jukovski (1783-1852) anadan olub.

 

9 fevral 1846 - Alman ixtiraçısı, konstruktor Vilhelm Maybax (August Wilhelm Maybach, 1846-1929) anadan olub. İlk motosiklin, Qotlib Daymlerlə birlikdə ilk “Mersedes” avtomobilinin konstruktoru olub.

 

9 fevral 1874 - Alman əsilli məşhur rus rejissoru, aktyor, teatr xadimi Vsevolod Emileviç Meyerhold (Karl Kasimir Theodor Meyergold; 1874-1940) anadan olub. Stalin reperssiyasının qurbanı olub.

 

9 fevral 1881 - Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (11.11.1821 - 1881) vəfat edib. “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.

 

9 fevral 1885 - Avstriya bəstəkarı, ekspressionizmin məşhur nümayəndəsi Alban Berq (Alban Berg, 1885-1935) anadan olub.

 

9 fevral 1915 - Rus kinoaktyoru, SSRİ Xalq artisti Boris Fyodoroviç Andreyev (1915-1982) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi