“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.03.2013, 09:12
1226

27 mart

A- A+

27 mart 1927 - Dünya şöhrətli musiqiçi, violonçel ifaçısı Mstislav Rostropoviç Bakıda anadan olub...

Azərbaycan

 

27 mart Dünya Teatr Günüdür (World Theatre Day). 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun (1948-ci ildən UNESCO nəzdində fəaliyyət göstərir) Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.

 

27 mart 1927 - Dünya şöhrətli musiqiçi, violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 - 27.4.2007, Moskva) Bakıda anadan olub. Dünyanın bir çox ölkələrinin ali mükafatları, o cümlədən Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.

 

27 mart 1930 - Şair, folklorşünas alim, professor Rüstəm Bayraməli oğlu Rüstəmzadə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.

 

27 mart 1937 – Tanınmış kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937-2.11.1994) Bakıda anadan olub.  “Gilas ağacı”, “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Şəhərli biçinçilər” ,“Kişi sözü” və s. filmlərə bədii tərtibat verib.

 

27 mart 1986 - Tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayev (2.1.1945 - 1986) vəfat edib. “Nəsimi”, “Babək”, “Babamızın babasının babası”, “Evlənmək istəyirəm”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə maraqlı obrazlar qalereyası yaradıb.

 

Dünya

 

27 mart 1797 — Fransız yazıçısı Alfred de Vinyi (1797-1863) anadan olub. Əsərləri: “Moisey”, “Daşqın” və s.

 

27 mart 1871 - Görkəmli alman yazıçısı Henrix (Heinrich) Mann (1871-1950) anadan olub. Nobel mükafatı laureatı Tomas Mannın böyük qardaşıdır. Hitler hakimiyyətə gələndən (1933) sonra Fransaya, oradan da ABŞ-a köçüb. “Müqəddəs torpaq”, “İtaətkar”, “Kral IV Henrixin gənclik illəri” və s. romanların müəllifidir.

 

27 mart 1899 — Amerika aktrisası Qloriya Svenson (Gloria Swanson; 1899-1983) anadan olub.

 

27 mart 1952 - Məşhur fransız aktrisası Maria Şnayder (Schneider; 1952-3.2.2011) anadan olub. Filmləri: “Parisdə sonuncu tanqo”, “Peşəsi – reportyor” və s.

 

27 mart 1963 - Amerika kinorejissoru Kventin Tarantino (Quentin Jerome Tarantino) anadan olub. "Quduz köpəklər", "Kriminal qiraət" və s. flimlərə quruluş verib, “Oskar”, “Qızıl palma budağı” (Kann festivalı) mükafatları laureatıdır. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi