“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.03.2013, 09:58
1377

25 mart

A- A+

25 mart 1907 - İstiqlal şairi Almas İldırım anadan olub...

Azərbaycan

 

25 mart 1897 - Tanınmış alim, teatrşünas, publisist Qulam Məmməd oğlu Məmmədli (1897-18.11.1994) Təbrizdə doğulub. Cənubi Azərbaycan şairlərinin (Heyran xanım, Mirzə Əli Möcüz və s.) əsərlərini toplayıb və nəşr etdirib.

 

25 mart 1907 - Görkəmli şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 - 14.1.1952) Bakıda doğulub. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə isə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə də İrana, oradan da Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib.

 

25 mart 1931 - Ədəbiyyatşünas, tənqidçi İnayət Heydər oğlu Bəktaşi (1931-9.9.1989) anadan olub. 

 

25 mart 1933 - Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933-15.12.1988) Balakən rayonunda anadan olub. «Bildirçinin bəyliyi», «Zarafatsız zarafat», «Hələlik» və s. komediyaların, satirik şeirlərin müəllifidir.

 

Dünya

 

25 mart 1611 – Məşhur olan türk səyyahı, coğrafiyaşünas, tarixçi, etnoqraf və şair Övliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-1682) İstanbulda doğulub. Yaxın Şərqdən Krım, Volqaboyu və Qafqazadək bir çox yerləri gəzərək gördüklərini qələmə alıb. 1656-cı ildə Bakıda olub. Ö.Çələbinin 10 cildlik “Səyahətnamə” əsərində dövrün mühüm tarixi, mədəni, etnoqrafik mənzərəsi əks olunub.

 

25 mart 1897 - Fransız rejissoru, ssenarist, kino nəzəriyyəçisi Jan Epşteyn (Jean Epstein, 1897-1953) anadan olub. Çəkdiyi filmlər: “Sadiq ürək”, “Eşerlər malikanəsinin süqutu”, “Yerin sonu” və s.

 

25 mart 1908 – İngilis kinematoqrafının tanınmış siması, rejissor Devid Lin (David Lean, 1908-1991) anadan olub. Filmləri: “Ərəbistanlı Lourens”, “Doktor Jivaqo” və s.

 

25 mart 1947 – Məşhur ingilis müğənnisi, bəstəkar Elton Con (Elton Hercules John – əsl adı Reginald Kenneth Dwight) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi