“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.03.2013, 09:26
1449

20 mart

A- A+

20 mart 1899 - Böyük yazıçı-dramaturq Cəfər Cabbarlı anadan olub...

Azərbaycan

 

20 mart Novruzun ilk günüdür. Qədim dövrlərdən xalqımız Novruzu bərəkət və firavanlığın rəmzi kimi bayram edib. Sovet dövründə bayramın üzərinə qoyulmuş qadağalar Azərbaycan müstəqillik əldə edəndən sonra aradan qaldırılıb, 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanunla Novruz dövlət bayramı kimi təsbit edilib.

 

20 mart 1879 - Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev) (1879 - 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun ilk və uzun illər (30 ildən artıq) əvəzsiz ifaçısı olub.

 

20 mart 1899 - Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (1899 - 31.12.1934) Xızı kəndində doğulub. Azərbaycan dramaturgiyasında realizmin əsasını qoyub, milli kinomuzda ilk kinossenarilərin (“Hacı Qara”, “Sevil, “Almaz” filmləri), şeir və hekayələrin müəllifidir.

 

20 mart 1912 – Azərbaycanın və Rusiyanın Xalq artisti, rejissor Ənvər Məcid oğlu Behbudov (1912-1998) аnаdаn оlub. Rusiyanın Ulyanovsk, Novosibirsk, Kazan, Rostov teatrlarında çalışıb. 1960-70-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının, Rus Dram Teatrının baş rejissoru olub.

 

Dünya

 

20 mart 1741 - Görkəmli fransız heykəltəraşı Jan Antuan Hudon (Jean-Antoine Houdon, 1741-1828) anadan olub. Psixoloji portretlər ustası kimi tanınıb, Volter, Russo və s. məşhur simaların büstlərini yaradıb.

 

20 mart 1770 - Məşhur alman şairi Fridrix Hölderlin (Johann Christian Friedrich Hölderlin, 1770-1841) anadan olub.

 

20 mart 1828 - Görkəmli Norveç şairi, dramaturq Henrik İbsen (Henrik Johan Ibsen, 1828-1906) anadan olub. “Yeni Avropa dramı”nın yaradıcısı sayılır.

 

20 mart 1915 - Məşhur rus-sovet pianoçusu, XX əsrin görkəmli musiqişilərindən biri Svyatoslav Teofiloviç Rixter (1915-1997) anadan olub.

 

20 mart 1950 - Amerika aktyoru, iki dəfə “Oskar” laureatı Uilyam Hert (William Hurt) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi