“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.03.2013, 10:05
1478

5 mart

A- A+

5 mart 1936 - Tanınmış ədəbiyyatşünas alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Vahid oğlu Qarayev Şəkidə doğulub...

Azərbaycan

 

5 mart Azərbaycanda Bədən tərbiyəsi və idman günüdür. Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamı ilə qeyd olunur.

 

5 mart 1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
 

5 mart 1936 - Tanınmış ədəbiyyatşünas alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizm təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair tədqiqatların müəllifidir.

 

5 mart 1938 - Şair, dramaturq Miryusif Mirnəsiroğlu anadan olub.
 

5 mart 1947 - Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı (1947 - 9.7.2014) Qubada doğulub. 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunun direktoru olub. 2002-2011-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edib. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.

 

5 mart 1956 - Şair Sabir Sarvan (Sabir Soltan oğlu Məlikov) Ağsunun Pirhəsənli kəndində doğulub. “Gördüyüm göy üzü, baxdığım işıq”, “Özümü sözə çevirdim” və s. kitabların müəllifidir.
 

5 mart 1957 – Xalq artisti Səidə Əbülfəz qızı Quliyeva Bakıda anadan olub. Televiziya tamaşalarında (Atayevlər ailəsində”, “Bala-başa bəla”), filmlərdə (“Yaramaz”, “Fransız”, “Milli bomba” və s.) maraqlı rollar oynayıb, bir çox filmlərin dublyajında iştirak edib.

 

Dünya

 

5 mart 1696 - İtalyan rəssamı Covanni Battista Tyepolo (Giovanni Battista Tiepolo, 1696-1770) anadan olub.
 

5 mart 1891 - Sovet heykəltəraşlığının tanınmış nümayəndəsi Matvey Henrixoviç Manizer (1891-1966) anadan olub.
 

5 mart 1922 - İtalyan kinorejissoru, yazıçı, şair Pyer Paolo Pazoloni (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. “Dekameron”, “Medeya”, “Çar Edip” və s. filmləri ilə məşhurdur.

 

5 mart 1934 - Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. “Qürbət quşları”, “Hərəmdə dörd qadın” filmlərinin, ilk türk seriallarından olan “Aşk-ı Memnu" (1975) və s. ekran əsərlərinin müəllifidir.
 

5 mart 1938 - Amerika aktyoru və rejissoru Fred Uilyamson (Fred Williamson) anadan olub. 

 

5 mart 1966 — Görkəmli rus şairi və yazıçısı, tərcüməçi, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 11(23).6.1889 – 1966) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi