“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.03.2013, 09:50
1577

9 mart

A- A+

9 mart 1814 - Klassik Ukrayna ədəbiyyatının banisi, şair, yazıçı Taras Qriqoryeviç Şevçenko anadan olub...

Azərbaycan

 

9 mart 1929 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (1929-15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.

 

9 mart 1947 - Xalq artisti, tanınmış kamança ifaçısı Şəfiqə Alxas qızı Eyvazova anadan olub. 
 

9 mart 1952 - Aktyor Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov; 1880-1952) vəfat edib. 1924-cü ildən Bakı Azad Tənqid Təbliğ Teatrının aktyoru və rejissoru olub. “İsmət” (1934), “Almaz” (1936), “Səbuhi” (1941) filmlərində çəkilib Ədəbi yaradıcılıqla məşğul olub, pyesləri tamaşaya qoyulub.

 

Dünya

 

9 mart 1454 - Məşhur italyan dəniz səyyahı Ameriqo Vespuççi (Amerigo Vespucci, lat. Americus Vespucius, 1454-1512) anadan olub. Amerika qitəsini ilk kəşf edənlərdən (Xristofor Kolumdan sonra) biridir. Amerikanın onun adı ilə adlandırıldığı bildirilir. 

 

9 mart 1814 - Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 - 10.3.1861) anadan olub. Klassik Ukrayna ədəbiyyatının banisidir. “Kobzar” poetik tolpusu, “Yuxu”, “Qafqaz” poemaları və s. əsərlərin müəllifidir. 

 

9 mart 1910 - Amerika bəstəkarı Samuel Barber (1910-1981) anadan olub.

 

9 mart 1934 - Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Yermoloviç Volontir (1934 - 15.9.2015) anadan olub. “Qaraçı” və “Budulayın qayıtması” telefilmi ilə şöhrət qazanıb. Azərbaycanda “Tütək səsi” (1975) filmində (Cəbrayıl) çəkilib.

 

9 mart 1955 - Tanınmış italyan aktrisası Ornella Muti (əsl adı Francesca Romana Rivelli) anadan olub. 
 

9 mart 1964 - Fransız aktrisası, “Oskar” mükafatı laureatı (“İngilis pasiyenti”, 1997) Jülyet Binoş (Juliette Binoche) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi