“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.03.2013, 10:34
1276

6 mart

A- A+

6 mart 1955 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Rəsulzadə Ankarada vəfat edib...

Azərbaycan

 

6 mart 1920 - Ədəbiyyatşünas, tənqidçi Yəhya Qasım oğlu Seyidov (1920-4.12.1980) Ordubadda anadan olub.
 

6 mart 1931 – Ədəbiyyatşünas, yazıçı, Əməkdar incəsənət xadimi Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) anadan olub. 

 

6 mart 1955 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884-1955) Ankarada vəfat edib. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, həmin il mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. Dövrün bir çox mətbu orqanlarında yazılarla çıxış edib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı" və s. əsərlərin müəllifidir.   

 

Dünya

 

6 mart 1475 - Böyük italyan rəssamı, Avropa İntihabının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni; 1475-18.2.1564) anadan olub. Rəssamlıqla yanaşı, heykəltəraş, memar, şair kimi də tanınıb.

 

6 mart 1619 - Fransız dramaturqu, filosof, şair, yazıçı, elmi fantastikanın banilərindən biri Savinyen Sirano de Berjerak (Hercule Savinien Cyrano de Bergerac, 1619-1655) anadan olub.
 

6 mart 1815 - Rus şairi, yazıçı, dramaturq Pyotr Pavloviç Yerşov (1815-1869) anadan olub. “Qozbel at” nağıl-povesti ilə məşhurdur.
 

6 mart 1889 - Özbəkistanın Xalq şairi, dramaturq, ictimai xadim Həmzə Həkimzadə Niyazi (1899-1929) anadan olub. 

 

6 mart 1909 - Polyak satirik-yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec, 1909-1966) anadan olub.

 

6 mart 1926 – Məşhur Polşa teatr və kino rejissoru Anjey Vayda (polyakca Andrzej Wajda; 1926 - 9.10.2016) anadan olub. “Kül və almaz”, "Dəmir adam", “Nastasya” və s. filmlərə quruluş verib. Fəxri "Oskar" mükafatçısıdır (2000). 

 

6 mart 1928 - Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez; 1928 - 17.4.2014) anadan olub. Əsərləri: “Polkovnikə heç kim yazmır”, “Arzuolunmaz saat”, “Yüz il tənhalıqda”, “Patriarxın payızı”, “Taun xəstəliyi zamanı sevgi” və s. 

 

6 mart 1929 - Abzax əsilli tanınmış Rusiya şairi və yazıçısı Fazil İsgəndər anadan olub.

 

6 mart 1934 - Məşhur rus satirik yazarı Mixail Mixayloviç Jvaneski (Maneviç) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi