“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.04.2013, 09:02
1434

16 aprel

A- A+

16 aprel 1934 - Tanınmış bəstəkar, Xalq artisti Ramiz Mirişli anadan olub...

Azərbaycan

 

16 aprel 1906 - Bakıda "Dəbistan” maarifçi jurnalı nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq və s. tanınmış ziyalılar iştirak ediblər.

 

16 aprel 1916 - Məşhur bəstəkar Qəmbər Muxtar oğlu Hüseynli (1916 - 1.8.1961) anadan olub. Dünyaca məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.

 

16 aprel 1934 - Bəstəkar, Xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli (1934 - 17.4.2015) Naxçıvanda doğulub. Musiqili komediyalar (“Qaçırılmış qız”, “Gəl, qohum olaq”, "Amerikalı kürəkən" və s.), simfonik əsərlər, yüzlərlə mahnı yazıb. 40-dan çox teatr tamaşasına, “Sahilsiz gecə”, “Qəzəlxan” və s. filmlərə musiqi bəstələyib.

 

16 aprel 1937 - Şərqşünas, filologiya elmləri doktoru Roza Hüseyn qızı Eyvazova аnаdаn оlub.

 

Dünya

 

16 aprel 1844 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault; 1844-1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s.

 

16 aprel 1889 - Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 1889 - 25.12.1977) Londonda doğulub. 1910-1940-cı illərdə Amerikada yaşayıb, 1952-ci ildə İsveçrəyə (Cenevrə) köçüb. Filmləri: “İt həyatı”, “Uşaq”, "Qızıl hərisliyi", "Yeni zamanlar", “Böyük diktator", “Sirk” və s. 1972-ci ildə fəxri “Oskar”a layiq görülüb.

 

16 aprel 1924 - Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini, 1924-1994) anadan olub. 500-dək filmə musiqi yazıb, 4 dəfə “Oskar”, 20 dəfə “Qremmi” mükafatına layiq görülüb.

 

16 aprel 1952 - Fransız aktyoru, rejissor və ssenarist Mişel Blan (Michel Blanc) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi