“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.05.2013, 09:48
1465

5 may

A- A+

5 may 1892 - İstiqlal şairi Əhməd Cavad anadan olub...

Azərbaycan

 

5 may 1856 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində (Kabarda-Balkar vilayəti) anadan olub. Bakıda "Nicat" xeyriyyə cəmiyyətinin qadınlar şöbəsini qurub, 1901-ci ildə H.Z.Tağıyevin həyat yoldaşı Sona xanımın himayəsi altında fəaliyyətə başlayan ilk rus-müsəlman qızlar məktəbinin direktoru olub.

 

5 may 1866 - Yazıçı-publisist, şair, dramaturq, tərcüməçi, teatr xadimi Eynəli bəy Çölübəy oğlu Sultanov (1866-1935) Naxçıvanda anadan olub. Dövrün qabaqcıl ziyalıları (M.Şahtaxtlı, M.T. Sidqi, C.Məmmədquluzadə və s.) ilə Naxçıvanda  "Müsəlman incəsənəti və dram cəmiyyəti" yaradıb. 1983-cü ildə cəmiyyət Naxçıvanda ilk teatr tamaşasını ("Müsyö Jordan və Dərviş Məstəli şah") səhnəyə qoyub.

 

5 may 1892 - İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə, 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Ədib həmçinin filoloq ("Türk dilinin morfologiyası və sintaksisi" kitab) və tərcüməçi olub, V.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. 1937-ci ildə antisovet fəaliyyətində ittiham olunaraq güllələnib.

 

5 may 1905 - Görkəmli ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 1905 - 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.

 

5 may 1909 – Yazıçı-jurnalist Məmməd Əkbər (Məhəmməd Həmzə oğlu Əkbərov, 1909-10.12.1974) Naxçıvan MR-in Ordubad şəhərində doğulub. Kitabları: “Sumqayıtın gənc quruçuları”, “Həyatımızdan səhifələr”, “Dostlar və tanışlar” və s.

 

5 may 1910 - SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.

 

5 may 1912 - Nasir, tərcüməçi Cəfər Bağır (Cəfər Səfər oğlu Bağırov; 1912-17.4.1983) Ordubad rayonunun Dəstə kəndində аnаdаn оlub. Kitabları: “Babamın ürəyi”, “Mən yadına düşəndə”, “Xoşbəxt o adamlar ki” və s. T.Drayzer, A.Sent-Ekzüperi, R.Taqor un əsərlərini dilimizə (ruscadan) çevirib.

 

5 may 1918 - Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru,  professor, Əməkdar elm xadimi Mirəli Seyidov (1918 – 26.4.1992) İrəvanda doğulub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının söykökünü düşünərkən", "Yaz bayramı" və s. kitabların müəllifidir.

 

5 may 1922 - Хаlq аrtisti Ələddin Aslan oğlu Abbasov (1922 - 13.7.2014) Gəncədə doğulub. 1939-cu ildən Gəncə Dram Teatrında çalışıb. "Dəli Kür" filmində yaratdığı Cahandar ağa rolu ilə məşhurlaşıb. “Torpaq. Dəniz. Od. Səma” (Əli), "Mən ki gözəl deyildim" (İmran), "Qatır Məmməd" (Məşədi Göyüş), “Nizami” (Xaqani), “Qətl günü” (Zülfüqar”), "Özgə vaxt" (Ata) və s. filmlərə çəkilib.

 

5 may 1930 - Tanınmış xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 -5.7.2002) anadan olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

 

5 may 1938 - Şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Eyvaz Borçalı (Ayvaz Məhəmməd oğlu Ayvazov) Gürcüstanın Marneuli rayonunun Ağaməmmədli kəndində anadan olub. «Mozalan» satirik kinojurnalının baş redaktoru, C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru işləyib. Kitabları: “İllər... pillələr”, “Dünyanın tərkində”, “Durnalı göylər”.

 

5 may 1940 - Yazıçı-publisist Yusif Abbas oğlu Kərimov Bərdədə anadan olub. Kitabları: “Gün ötər, geri dönməz”, “Pərişan eşqim”, “İtkilər və ümidlər”, “Qarabağ şikəstəsi” və s.

 

5 may 1940 - Şair, ədəbiyyatşünas Ağa Laçınlı (Ağa Əliqəmə oğlu Əliyev; 1940- 25.11.2007) Laçın rayonunun Oğuldərə kəndində anadan olub. Kitabları: "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s.

 

Dünya

 

5 may 1813 - Dünya fəlsəfi irsində yeni cığır açmış görkəmli Danimarka mütəfəkkiri, ekzistensializmin banisi Seren Kirkeqor (1813-1855) anadan olub.

 

5 may 1818 - Böyük alman filosofu, elmi kommunizm nəzəriyyəsinin banisi Karl Marks (Marx; 1818 - 14.3.1883, London) Trier qəsəbəsində doğulub. Əsərləri: “Alman ideologiyası”, “Kapital", “Anti-Dürinq" (Fridrix Engelslə birgə) və s.

 

5 may 1819 - Polşanın ilk milli operasının (“Qalka”) müəllifi, bəstəkar və dirijor Stanislav Monyuşko (1819-1872) anadan olub.

 

5 may 1846 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: "Quo Vadis" (rus nəşrlərində "Kamo qryadeşi" - “Hara gedirsən”), "Girdab", "Polonetskilər ailəsi" və s.

 

5 may 1915 - Rus nəğməkar şairi Yevgeni Dolmatovski (1915-1994) anadan olub.

 

5 may 1928 - Rus yazıçısı Anatoli İvanov (1928-1999) anadan olub. «Kölgələr günorta yox olur», «Əbədi çağırış» romanlarının (hər iki əsər ekranlaşdırılıb) müəllifidir..

 

5 may 1940 - Rusiyanın məşhur satirik yazıçısı, estrada artisrti Lion İzmaylov (Polyak) anadan olub.

 

5 may 1944 - Fransız kinoaktyoru Jan-Pyer Leo (Jean-Pierre Leaud) anadan olub. Filmləri: “400 zərbə”, “Parisdə sonuncu tanqo”, “Kişi-qadın”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi