“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.05.2013, 10:32
1541

20 may

A- A+

20 may 1799 - Dünya ədəbiyyatının klassiki, görkəmli fransız yazıçısı Onore de Balzak anadan olub...

Azərbaycan

 

20 may 1884 - Görkəmli ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. "Molla Nəsrəddin" jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.

 

20 may 1904 -Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) Şamaxı qəzasının Basqal kəndində doğulub. «Yoxuşlar», «Müharibə», «Dostluq qalası», «Tərs adamlar», «Dünya qopur» və s. romanların müəllifidir.
 

20 may 1907 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (1907 - 2.8.1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb. 
 

20 may 1920 - Bakıda Əli Bayramov adına Mərkəzi Qadınlar Klubu açılıb. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü ilə milyonçu Murtuza Muxtarovun evində (indiki "Səadət" sarayının binası) yaradılan kluba Ceyran Bayramova rəhbərlik edirdi. Mədəniyyət müəssisəsi respublikada qadınlar arasında mədəni-maarif işində mühüm rol oynayıb. Bir sıra tanınmış aktyor və müğənnilər sənətdə ilk addımlarını burada atıblar. Vaxtilə klubun filialı olmuş İbrahim Əbilov adına Mədəniyyət mərkəzi (Bakının Yasamal rayonu) bu gün də  fəaliyyət göstərir.

 

20 may 1920 - Tanınmış filosof alim, professor, Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Göyüşov (1920-1984) Ağdamda anadan olub.
 

20 may 1923 - Dramaturq, publisist Rauf İsmayılov (1923-1980) anadan olub. «İkinci ailə», «Son məktub» pyesləri səhnəyə qoyulub.
 

20 may 1929 - Folklorşünas alim Mürsəl İsmayıl oğlu Həkimov (1929 - 19.4.2006) Qazax rayonunun Kəmərli kəndində doğulub. 
 

20 may 1930 - Şair Tapdıq Şirin oğlu Orucov (1930-2004) anadan olub.
 

20 may 1946 - Xalq şairi, publisist, tərcüməçi, ictimai-siyasi xadim Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, «Qan yaddaşı», «Ömür kitabı», «Atamın ruhu», «Xətai yurdu» və s. kitabların, “Cavad xan” filminin (2009) ssenari müəllifidir. 1990-cı ildən Azərbaycan parlamentinin deputatıdır.

 

Dünya

 

20 may 1799 - Dünya ədəbiyyatının klassiki, fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 - 18.8.1850) anadan olub. "Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb. 
 

20 may 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.
 

20 may 1830 - Fransız yazıçısı Ektor Malo (Hector Malot. 1830-1907) anadan olub.
 

20 may 1851 - Alman əsilli Amerika alimi, qrammofonun ixtiraçısı Emil Berliner (1851-1929) anadan olub.
 

20 may 1882 - Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset, 1882-1949) anadan olub. “Kristin, Lavransın qızı” trilogiyası, “Ulav və onun uşaqları” dilogiyası və s. tarixi romanların müəllifidir.
 

20 may 1923 - Cənubi Afrika Respublikasının tanınmış yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer) anadan olub.
 

20 may 2009 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (23.2.1944 - 2009) vəfat edib. Filmləri: “Həmin o Münhauzen”, “Mənim nəvazişli zərif heyvanım”, “Məşuq”, “Çar” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi