“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.05.2013, 09:52
1256

7 may

A- A+

7 may 1861 - Görkəmli hind şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor anadan olub...

Azərbaycan

 

7 may 1926 – Tanınmış rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926 - 10.7.1969) anadan olub. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb, “Görüş”,  “O olmasın, bu olsun” (Nadir Zeynalovla birgə), “Leyli və Məcnun” , “Sehirli xalat” (Məmməd Hüseynovla birgə), “Qızmar günəş altında”, “Qanun naminə”, “İnsan məskən salır” və s. filmlərin quruluşçu rəssamı olub.

 

7 may 1998 - Kinorejissor, operator, ssenarist, Xalq artisti Muxtar Dadaşov (11.9.1913 - 1998) vəfat edib. «Qanun naminə», «Bakıda küləklər əsir» və s. filmlərə quruluş verib. “Yeni horizont”, “Arşın mal alan” (1945, Əlisəttar Atakişiyevlə birgə) filmlərinin operatorudur.

  

Dünya

 

7 may 1833 - Alman bəstəkarı, pianoçu və dirijoru Johannes Brahms (1833-1897) anadan olub. Əsərləri: “Alman rekviyemi”, “Macar rəqsləri” və s.

 

7 may 1840 - Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (25.4 (7.5.) 1840 - 1893) anadan olub. 80-dən çox musiqi əsərinin, o cümlədən 10 operanın (“Yevgeni Onegin”, “Mazepa”, “Orleanlı qız”, “Qaratoxmaq qadın”, “Undina” və s.), 3 baletin (“Qu gölü”, “Yatmış gözəl”, “Şelkunçik”), 7 simfoniyanın müəllifidir.

 

7 may 1861 - Görkəmli hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore, 1861 - 7.8.1941) Kəlküttədə doğulub. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.

 

7 may 1895 - Rusiya ixtiraçısı, fizik və elektrotexnik Aleksandr Popov Peterburqda ilk radio qurğusunu nümayiş etdirib. Bu hadisənin 50-ci ildönümü ilə bağlı SSRİ hökuməti 7 mayı “Radio günü” elan etmişdi (1945). Hazırda Rusiyada bu gün qeyd olunur.

 

7 may 1901 - Amerika kinoaktyoru Qari Kuper (Gary Cooper - Frank James Cooper, 1901-1961) anadan olub.  “Serjant York”, “Düz günorta” filmlərinə görə “Oskar” mükafatı alıb.

 

7 may 1923 — Amerika aktrisası, “Oskar” laureatı Enn Bakster (Anne Baxter, 1923-1985) anadan olub.

 

7 may 1953 – Tanınmış Türkiyə müğənnisi, bəstəkar Müslüm Gursəs (1953 - 3.3.2013) Şanlıurfada doğulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi