“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.06.2013, 10:11
1587

4 iyun

A- A+

4 iyun 1926 - Tanınmış xanəndə,“Kəsmə şikəstə”nin bənzərsiz ifaçısı Fatma Yusif qızı Mehrəliyeva Qubada anadan olub...

Azərbaycan

 

4 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batumda aparılan danışıqların yekunu olaraq "Sülh və dostluq haqqında" müqavilə imzalanıb. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı Türkiyəsi tərəfindən tanınıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və xarici işlər naziri Məmmədhəsən Hacınski, Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı.

 

4 iyun 1926 - Tanınmış xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 - 4.1.2000) Qubada anadan olub. Bənzərsiz səsi ilə ifa etdiyi “Kəsmə şikəstə” muğamı, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və s. mahnılarla musiqi tariximizdə qalıb. "Arşın mal alan" filmində (1945) Telli rolunu ifa edib. 

 

4 iyun 1929 – Tanınmış kamança ifaçısı, Əməkdar artist Elman Kərim oğlu Bədəlov (1929-25.6.1991) Ağdam rayonun Malıbəyli kəndində doğulub. Uzun illər Azərbaycan Televiziyası və Radiosu Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib, xarici ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç və s.) qastrol səfərlərində olub. 

 

4 iyun 1950 - Xalq artisti, tarzən Firuz Əliabbas oğlu Əliyev Bakıda anadan olub.

 

4 iyun 1957 – Azərbaycan SSR Radio və Televiziya Verilişləri Komitəsi (indiki “Azərbaycan Televiziyası və Radiosu” QSC) yaradılıb.

 

Dünya

 

4 iyun 1882 - Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.

 

4 iyun 1960 - Amerikalı fantast-yazıçı Kristin Ketrin Raş (Kristine Kathryn Rusch) anadan olub.

 

4 iyun 1975 - Amerika kino ulduzu Ancelina Coli (Angelina Jolie) anadan olub. Filmləri: “Məhəbbətin dolanbacları”, “Qorxunun hökmü”, “Yarıda kəsilmiş həyat” (“Oskar”), “Mister və miss Smit”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi