“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.06.2013, 10:12
1601

7 iyun

A- A+

7 iyun 1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə siyasi və ideoloji senzuranı həyata keçirən baş idarə ("Qlavlit") yaradılıb...

Azərbaycan

 

7 iyun 1893 – Peşəkar təhsil almış ilk azərbaycanlı rəssam qadın Qeysər Seyfulla qızı Kaşıyeva (1893 - 17.4.1972) Tiflisdə anadan olub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq sinfində (1907-1908) oxuyub. Akvarel, tuş, karandaşla rəsm, portret və mənzərə çəkib (“Azərbaycan ziyalısı", 1912, "Göl sahili" və s.). "Şərq qadını" jurnalında rəssam işləyib. Əsərləri Dövlət İncəsənət Muzeyində saxlanılır.

 

7 iyun 1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə ("Qlavlit") yaradılıb. SSRİ dövründə siyasi və ideoloji senzuranın başında duran qurum sovet şair-yazıçılarına, jurnalistlərinə sosialist dəyərlərindən sapmağa imkan vermirdi. "Qlavlit" 80-ci illərin sonunda qismən ləğv edildi. 
 

7 iyun 1946 – Tanınmış ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev anadan olub. “Rəqiblər” (“Ömrün səhifələri”, 1974) , “Birisigün, gecəyarısı...” (1981), “Sizi dünyalar qədər sevirdim” (1985), “Yaramaz” (1988, Vaqif Mustafayevlə birgə), “İstanbul reysi” (2010, Eldar Quliyevlə birgə) və s. filmlərin ssenari müəllifidir.

 

Dünya

 

7 iyun 1848 – Məşhur fransız impressionist rəssamı, qrafik və heykəltəraş Pol Qogen (Eugène Henri Paul Gauguin; 1848-1903) anadan olub.

 

7 iyun 1917 - İtalyan əsilli Amerika aktyoru və müğənnisi Din Martin (Dean Martin - Dino Paul Crocetti, 1917-1995) anadan olub.
 

7 iyun 1933 - Tanınmış rus satirik yazıçısı və dramaturqu Arkadi Arkanov (əsl soyadı Şteynbok) anadan olub.
 

7 iyun 1952 - Dünya şöhrətli Türkiyə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2006) almış ilk türk yazar Orxan Pamuk İstanbulda doğulub. İlk romanı “Cövdət bəy və oğulları” 1982-ci ildə nəşr edilib. Sonrakı illərdə “Səssiz ev”, “Bəyaz qala”, “Qara kitab”, “Mənim adım qırmızıdır”, “Qar”, “İstanbul” və s. romanlar yazıb. Əsərləri dünyanın 30-dan çox dilinə tərcümə olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi