“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.06.2013, 10:44
1749

13 iyun

A- A+

13 iyun 1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. Qurultayda Azərbaycan Yazıçılar İttifaqı yaradılıb...

Azərbaycan

 

13 iyun 1709 - Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi (1709-1808) Qazaxda anadan olub. Yaradıcılığı ilə aşıq şeirinin inkişafına böyük töhfə verib. 

 

13 iyun 1927 – Tanınmış kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927-30.5.2000) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (1956) qonaqlıq səhnəsində (kamança ifaçısı) çəkilib.

 

13 iyun 1934 - Bakıda Azərbaycan yazıçılarının I qurultayı başlanıb. İyunun 17-dək davam edən qurultayda  Azərbaycan Yazıçılar İttifaqı yaradılıb. O vaxtadək Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrdə fəaliyyət göstərirdilər. 1923-cü ildə "Türk ədib və şairlər ittifaqı dərnəyi", 1925-ci il dekabrın 25-də "Qızıl qələmlər" ədəbi cəmiyyəti yaranmışdı. 1927-ci il iyulunda Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.10.1929) çağrıldı. ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqı yaradıldı. 

 

13 iyun 1959 – Xalq artisti, tanınmış aktrisa Bəsti Əli qızı Cəfərova anadan olub. Səhnə fəaliyyətinə 1978-ci ildən başlayıb. Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif yaddaqalan obrazlar (Xavər ("İblis", H. Cavid), Solmaz, Pəri ("Od gəlini", "Solğun çiçəklər", C. Cabbarlı), Nazlı, Bənövşə ("Əliqulu evlənir", "Nişanlı qız", S. Rəhman), Lalə, Gülrux, Ağabəyim ağa ("Büllur sarayda", "Şeyx Xiyabani", "Hökmdar və qızı", İ. Əfəndiyev) və s.) yaradıb, televizya film və tamaşalarında çəkilib.

 

Dünya

 

13 iyun 1865 — İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1923) laureatı Uilyam Yits (William Butler Yeats: 1865-1939) anadan olub.

 

13 iyun 1940 - Keçmiş Yuqoslaviyanın məşhur kinoaktyoru Qoyko Mitiç (Gojko Mitic) anadan olub. Hindulardan bəhs edən filmlərdə (“Çinqaçuk – Böyük İlan”, “Böyük Ayı bürcünün oğulları” və s.) rolları ilə şöhrət qazanıb.

 

13 iyun 1943 — İngilis kinoaktyoru Malkolm Maldauell (Malcolm McDowell) anadan olub. Filmləri: “Kaliqula”, “Çar qatili”, “Pişik-insanlar” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi