“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.06.2013, 00:36
1687

29 iyun

A- A+

29 iyun 1913 - Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli Gəncədə anadan olub...

Azərbaycan

 

29 iyun 1913 - Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 – 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən bir sıra ədəbi nümunələri (F.Şillerin «Məkr və məhəbbət», A.P.Çexovun «Vanya dayı», «Albalı bağı» pyesləri, E.L.Voyniçin «Ovod» romanı, A.S.Puşkin, M.Y.Lermontov, T.Q.Şevçenkonun şeirləri və s.) Azərbaycan dilinə çevirib. 

 

29 iyun 1944 – Tanınmış şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu (Çingiz Əli oğlu Əliyev) Füzuli şəhərində anadan olub. Ümumittifaq poeziya müsabiqəsinin qalibi kimi "Yunost" jurnalının "Yaşıl yarpaq" mükafatına layiq görülüb. Rus dilindən ədəbi tərcümələrin müəllifidir. Əsərləri müxtəlif dillərə tərcümə olunub. “Gün keçdi” filmində (Camal) çəkilib.

 

Dünya

 

29 iyun 1798 — İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.

 

29 iyun 1900 - Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Külək, qum və ulduzlar”, “Hərbi təyyarəçi”, “Balaca şahzadə”, “Qala” romanları və s. əsərlərin müəllifidir.

 

29 iyun 1908 - Amerika bəstəkarı Leroy Anderson (1908-1975) anadan olub.

 

29 iyun 1957 - Kuba əsilli Amerika aktrisası və müğənnisi Mariya Konçita Alonso (María Concepción Alonso Bustillo) anadan olub. “Ruhlar evi”, “Vampirin öpüşü”, “Güllər” və s. filmlərdə çəkilib.
 

29 iyun 1964 – Məşhur gürcü estrada müğənnisi Soso (İosif) Pavliaşvili anadan olub. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi