“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.06.2013, 00:18
1739

23 iyun

A- A+

23 iyun 1889 – Məşhur rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova anadan olub...

Azərbaycan

 

23 iyun Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günüdür. 2003-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən gün dünyanın əksər ölkələrində qeyd olunur. Pespublikamızda Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə qeyd edilir.

 

23 iyun 1920 - Yazıçı Əkbər Həzrətqulu oğlu Əkbərov (1920 - 25.01.1995) anadan olub.

 

23 iyun 1920 - Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Xiyabaninin lideri olduğu Azərbaycan Demokrat Firqəsi həmin ilin 7 aprelində baş verən üsyan nəticəsində Təbrizdə faktiki hakimiyyəti ələ almışdı. Xalq qarşısında çıxış edən Xiyabani Cənubi Azərbaycanın adının dəyişdirilərək "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırılacağını bəyan etdi. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin 14 sentyabrında Xiyabaninin qətlə yetirilməsi ilə süqut etdi.

 

23 iyun 1923 - Ədəbiyyatşünas, şair, tənqidçi, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (1923 – 28.7.1993) Qubadlı rayonunun Xocamsaxlı kəndində anadan olub. “Ürək döyüntüləri”, “Bənövşə yarpağı”, “İnsan min il yaşardı”, “Keçmə namərd körpüsündən”, “Dağlar buraxmır məni”, “Ədəbiyyatımız və mənəviyyatımız” və s. kitabların müəllifidir. «Ədəbiyyat və incəsənət» qəzetinin redaktoru olub.

 

23 iyun 1925 - Xalq artisti, rejissor Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova anadan olub. 30 il ərzində S.Vurğun adına Rus Dram Teatrında quruluşçu rejissor işləyib. Bir sıra televiziya tamaşalarına quruluş verib. Bakı Musiqi Akademiyasının vokal kafedrasının professorudur.

 

Dünya

 

23 iyun 1824 - Alman bəstəkarı, dirijor Karl Reyneke (Carl Reinecke, 1824-1910) anadan olub. Opera, simfoniya, oratoriyaların müəllifidir.

 

23 iyun 1868 – Amerikalı ixtiraçı Kristofer Letem Şoulz (Christopher Latham Sholes) ixtira etdiyi yazı makinasına ilk patent alıb. Yazı makinası ədəbiyyat, jurnalistika və ümumilikdə mədəniyyətdə o dövrün mühüm texniki inqilabı idi.

 

23 iyun 1889 – Məşhur rus şairəsi, yazıçı, ədəbiyyatşünas Anna Andreyevna Axmatova (Qorenko; 1889 - 5.3.1966) anadan olub. Qızıl Orda xanı Əhməd xanın nəslindən olub, soyadını (təxəllüsünü) də bu addan götürüb. Əsərləri: “Rekviyem”, “Qəhrəmansız poema”, “Ağ dəstə” və s.

 

23 iyun 1901 – Türk yazıçısı Əhməd Hamdi Tanpınar (1901-1962) anadan olub. “Abdullah Əfəndinin yuxuları”, “Aydakı qadın”, “Ayna” və s. romanların müəllifidir.

 

23 iyun 1910 - Fransız dramaturqu Jan Anuy (Jean Marie Lucien Pierre Anouilh, 1910-1987) anadan olub. “Yüksüz sərnişin”, “Kolomba”. “Antiqona” və s. pyeslərin müəllifidir.

 

23 iyun 1927 - Amerika xoreoqrafı, tanınmış kinorejissor Bob Foss (Bob Fosse; 1927-1987) anadan olub. Filmləri: “Kabare”. “Lenni”, “Bütün bu caz” və s.

 

23 iyun 1957 - Hollivud aktrisası, «Oskar» mükafatı laureatı Frensis Makdormend (Frances McDormand) anadan olub. “Farqo”, “Şerifin ulduzu”, “Misssisipi od içində” və s. filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi