“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.06.2013, 09:50
1553

6 iyun

A- A+

6 iyun 1799 - Dahi rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin anadan olub...

Azərbaycan

 

6 iyun 1855 - Şair Əbdülxalıq Cənnəti (1855- 1931) Bakıda anadan olub. “Məcməə üş Şüəra” cəmiyyətinin fəal üzvlərindən biri olub. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazıb, “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir.

 

6 iyun 1951 - Məşhur müğənni, Xalq artisti Xuraman Əkrəm qızı Qasımova anadan olub. 1976-cı ildən Opera və Balet Teatrının solistidir. Səsinin tembri sopranodur. 1982-ci ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 1996-cı ildən bu təhsil ocağının professorudur. “Liftçi qız” (1966), “Mən ki, gözəl deyildim” (1968), “Həyat bizi sınayır” (1972) filmlərinə çəkilib. 2001-ci ildə isə “Şöhrət”, 2011-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.

 

Dünya

 

6 iyun 1599 - Görkəmli ispan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez, 1599-1660) anadan olub.

 

6 iyun 1606 – Məşhur fransız dramaturqu, “Fransa tragediyasının atası”  Pyer Kornel (Pierre Corneille; 1606-1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.

 

6 iyun 1799 - Dahi rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 - 10.02.1837) anadan olub. Əsərləri: "Yevgeni Onegin" mənzum romanı, "Ruslan və Lüdmila", "Qafqaz əsiri", "Tunc atlı" poemaları, "Boris Qodunov", "Motsart və Salyeri" pyesləri, “Kapitan qızı”, “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın” povestləri və s.

 

6 iyun 1875 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann 1875-12.08.1955) anadan olub. İntellektual nəsrin ustası olub. Əsərləri: “İosif və onun qardaşları” tetralogiyası, “Buddenbroklar”, “Doktor Faustus” romanları və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi