31 iyul
31 iyul 1954 – Tanınmış aktyor və rejissor, Əməkdar incəsənət xadimi Cahangir Mütəllib oğlu Novruzov anadan olub...
Azərbaycan
31 iyul 1926 - Akademik, neft-qaz sahəsində tanınmış alim, ictimai xadim Mithəd Teymur oğlu Abbasov (1926-23.4.2012) Bakıda anadan olub. Azərbaycan Respublikası Elmlər Akademiyasının vitse prezidenti (1990-1997), SSRİ Elmlər Akademiyasının müxbir-üzvü, SSRİ xalq deputatı olub. 1991-1992-ci illərdə Azərbaycan Respublikasının dövlət katibi işləyib.
31 iyul 1954 – Tanınmış aktyor və rejissor, Əməkdar incəsənət xadimi Cahangir Mütəllib oğlu Novruzov Bakıda anadan olub. Şəki Dövlət Dram Teatrında quruluşçu rejissor və baş rejissor, Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar Teatrının rus bölməsində baş rejissor işləyib. 1995-ci ildən Türkiyədə yaşayır, hazırda Adana şəhərində Çukurova Universiteti Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. “Qorxma, mən səninləyəm”, “Bəxt üzüyü”, “Sarı gəlin” və s. filmlərdə, “Ordan-burdan”, “Yaşıl eynəkli adam”, “Ac həriflər” və s. televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
31 iyul 2002 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, Dövlət Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında yaradılıb.
Dünya
31 iyul 1848 - Fransız bəstəkarı Robber Plankett (Robert Jean Julien Planquette, 1848-1903) anadan olub.
31 iyul 1886 – Görkəmli macar bəstəkarı Ferens List (Liszt Ferenc, 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.
31 iyul 1906 - Rus-sovet aktrisası, SSRİ Xalq artisti Vera Mareskaya (1906-1978) anadan olub.
31 iyul 1914 - Dünya şöhrətli fransız (ispan əsilli) komik aktyoru, rejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Fantomas” kinotrilogiyasında, “Böyük gəzinti”, “San-Tropeli jandarm”, “Jandarm və yadplanetlilər” və s. filmlərlə məşhurlaşıb.
31 iyul 1950 - Amerika aktyoru və rejissoru Leyn Devis (Lane Davies) anadan olub.
31 iyul 1962 - Amerika kinoaktyoru Uesli Snayps (Wesley Snipes) anadan olub. Filmləri: “Dağıdıcı” (Silvester Stallone ilə), “Fanat” (Robert de Niro ilə) və s.
31 iyul 1964 - Alman-holland əsilli estrada ulduzu Si Si Ketç (C. C. Catch - Caroline Catherine Müller) anadan olub. Ötən əsrin 80-ci illərində Diter Bolenin («Modern Talking» qrupu) mahnıları ilə məşhurlaşıb.
31 iyul 1965 - İngilis yazıçısı, Harri Potter haqqında kitabların müəllifi Coan Ketlin Roulinq (Joanne Kathleen Rowling) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: