“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.08.2013, 10:10
1716

25 avqust

A- A+

25 avqust 1943 - Görkəmli aktyor, rejissor, Xalq artisti Şahmar Ələkbərov anadan olub...

Azərbaycan

 

25 avqust 1926 - Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova (1926 - 23.12. 2005) Gəncədə anadan olub. Yaradıcılığında natürmort, mənzərə, xalq nağıllarına illüstrasiyalar geniş yer tutur: "Dağ çayı", "Aşıq Qərib", "Çövkən oyunu", "Payız bağında" və s. 

 

25 avqust 1935 - Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) Ağdaş rayonunun Kotanarx kəndində doğulub. "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər", "Oddan keçənlər" və s. poemaların müəllifidir. Müxtəlif ölkələrin inqilabçı qəhrəmanlarına (Çe Gevara -Kuba, Xose Risal - Filippin və s.) poemalar həsr edib. Bir sıra şeirlərinə ("Anacan, dostum evlənir", "Gəl, ey səhər", "Payız gəldi" və s.) populyar mahnılar bəstələnib.

 

25 avqust 1940 – Ədəbiyyatşünas alim, pedaqoq, şair Ağasən Mehdi oğlu Bədəlzadə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olub. “Yanmaq ona deyərəm ki”, “Payızda məhəbbət” və s. şeirlər kitablarının müəllifidir.

 

25 avqust 1942 - Şair, publisist Davud Məcid oğlu Nəsib Qazax rayonunda (1942-26.3.2003) аnаdаn оlub. Kitabları: “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Bizdən sonra yaşayanlar”, “Dünya bir körpüdür”, “Karvan gedir” və s. 

 

25 avqust 1943 - Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943-1992) Gəncədə anadan olub. Əslən Cəbrayıl rayonundandır. “Dağlarda döyüş” (Fərrux), “Yeddi oğul istərəm” (Qəzənfər), “Axırıncı aşırım” (İman), “Həyat bizi sınayır” (Arif), “Qatır Məmməd” (Qatır Məmməd), “Arxadan vurulan zərbə” (Gündüz Kərimli), “Babək” (Cavidan) və s. filmlərdə unudulmaz obrazlar yaradıb.  Rejissor kimi “İmtahan” (1987, Gülbəniz Əzimzadə ilə birlikdə), “Sahilsiz gecə” (1989), “Qəzəlxan” (1991) filmlərini çəkib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

 

25 avqust 1945 – Tanınmış aktrisa, Əməkdar artist, Azərbaycan Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva (1945 – 21.5.1987) anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında ("Göz həkimi", "Alov", "Atayevlər ailəsi") yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.

 

25 avqust 1960 – Əməkdar artust Abbas Əhməd oğlu Qəhrəmanov İrəvan şəhərində anadan olub. Dövlət Gənclər Teatrında, Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. “Arxada qalmış gələcək”, “Ölüm növbəsi”, “Cavad xan”, “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.

 

Dünya

 

25 avqust 1724 - İngilis rəssamı Corc Stabbs (George Stubbs, 1724-1806) anadan olub.

 

25 avqust 1891 - İtalyan yazıçısı, rəssam və bəstəkar Alberto Savinyo (Alberto Savinio - Andrea Di Chirico, 1891-1952) anadan olub. Sürrealizmə meyl edib, “Niobeyanın ölümü”, “Kapitan Uliss” dramlarının müəllifidir.

 

25 avqust 1900 - Görkəmli alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 15.10.1844 - 1900) vəfat edib. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist”, “Hakimiyyət iradəsi” və s.

 

25 avqust 1918 - Amerika bəstəkarı və dirijoru Leonard Bernstayn (1918-1990) anadan olub.

 

25 avqust 1930 - Məşhur gürcü rejissoru, SSRİ Xalq artisti Georgi Daneliya anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Afonya”, “Mimino”, «Payız marafonu», “Kin-dza-dza!” və s.

 

25 avqust 1930 - Şotland əsilli Amerika aktyoru, «Oskar» laureatı Şon Konneri (Thomas Sean Connery) anadan olub. 1962-1971-ci illərdə Yan Fleminqin əsərləri əsasında lentə alınan Ceyms Bond haqqında 6 filmdə baş rola çəkilib. "Toxunulmazlar" (1988) filmindəki roluna görə “Oskar” mükafatına layiq görülüb.

 

25 avqust 1938 - İngilis yazıçısı Frederik Forsayt (Frederick Forsyth) anadan olub. Əsərləri: “Çaqqal günü”, “Müharibə köpəkləri” və s.

 

25 avqust 1939 - Amerika kinorejissoru Con Bedem (John Badham) anadan olub. Filmləri: “Şənbə axşamı qızdırma”, “Drakula”, “Mavi ildırım” və s.

 

25 avqust 1958 - Amerika kinorejissoru Tim Berton (Timothy William Burton) anadan olub. Filmləri: “Pi-Vinin böyük macərası”, “Betmen”, “Ed Vud”.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi