“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.10.2013, 10:24
1583

31 oktyabr

A- A+

31 oktyabr 1922 - Görkəmli rus aktyoru, SSRİ-nin Xalq artisri Anatoli Papanov anadan olub...

Azərbaycan

 

31 oktyabr 1955 - Bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda doğulub. Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri, Azərbaycan Dövlət Kukla Teatrının musiqi hissə müdiridir.  

 

31 oktyabr 1963 - Bəstəkar, dirijor, Əməkdar incəsənət xadimi Nadir Nəriman oğlu Əzimov anadan olub.

 

31 oktyabr 1969 – Aktrisa, Əməkdar artist Mələk Abbaszadə anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyorluğu fakültəsini bitirib. S.Vurğun adına Rus Dram Teatrının aktrisasıdır.

 

Dünya

 

31 oktyabr 1517 - Alman teoloqu Martin Lüter xristianlıqda islahatları ön görən məşhur "Doxsan beş tezis"ini Vittenberq (Wittenberg) kilsəsinin qapısına asaraq protestantlıq dini məzhəbinin yarandığını elan edib. Protestant kilsələri bu tarixi Reformasiya günü kimi qeyd edirlər.

 

31 oktyabr 1795 - İngilis şairi Con Kits (John Keats, 1795-1821) anadan olub.

 

31 oktyabr 1907 - Amerika aktrisası Şeyla Bromli (Sheila Bromley, 1907- 23.7.2003) anadan olub.

 

31 oktyabr 1912 - Amerika aktrisası, müğənni və yazıçı Deyl Evans (Dale Evans, 1912-7.2.2001) anadan olub.

 

31 oktyabr 1922 - Görkəmli rus aktyoru, SSRİ-nin Xalq artisri Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul”, ”Uğur centlemenləri”, “Şikayət kitabını verin”, “Sabah gəlin” və s.

 

31 oktyabr 1928 - Məşhur Amerika kinoaktrisası Kleo Mur (Cleo Moore, 1928 - 28.10.1973 ) anadan olub.

 

31 oktyabr 1993 - Dünya şöhrətli italyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 20.1.1920 - 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya geçələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi