“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.10.2013, 10:00
1247

13 oktyabr

A- A+

13 oktyabr 1974 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadə vəfat edib...

Azərbaycan

 

13 oktyabr 1880 - Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli sərancamı ilə Azərbaycan dəmir yolunun yarandığı gün - 13 oktyabr “Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü” elan olunub.

 

13 oktyabr 1921 - Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəd 1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Qars müqaviləsində Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdi. Müqavilənin bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənmişdi.

 

13 oktyabr 1938 - Kinooperator Şərif Şərifov Bakıda anadan olub. Filmləri: “ Yol əhvalatı”, “ Əzablı yollar”, “ Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.

 

13 oktyabr 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev) anadan olub.Uşaqlar üçün musiqi əsərlərinin müəllifidir: "Baş tutmayan hiylə", "Tülkü, Tülkü, Tünbəki..." (nağıl-komediya) və s.

 

13 oktyabr 1949 - Rejissor Cahangir Zeynallı anadan olub. “Əlaqə” bədii (1989), çoxsaylı sənədli filmlərin müəllifidir.

 

13 oktyabr 1967 – Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897, Tiflis - 1967) vəfat edib. Uzun illər Tiflis Azərbaycan Dram Teatrında çalışıb, müxtəlif vaxtlarda teatrın baş rejissoru, bədii rəhbəri işləyib. Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Azərbaycanfilm”də “ Böyük dayaq" filmində (1962) Yarməmməd roluna çəkilib.

 

13 oktyabr 1974 - Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadə (15.12.1909, Bakı, Əmircan - 1974) vəfat edib. Dünyanın bir çox ölkələrində fərdi sərgiləri keçirilən rəssamın əsərləri müxtəlif xarici muzeylərin daimi eksponatları sırasındadır. Onun peyzajlarında, lirik natürmortlarında incə xalq yaradıcılığı motivləri hiss edilir.

 

Dünya

 

13 oktyabr 1921 - Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - Ivo Livi, 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.

 

13 oktyabr 1933 - Tanınmış rus rejissoru, “Lenkom” teatrının rəhbəri Mark Zaxarov anadan olub.

 

13 oktyabr 1934 - Məşhur rus komediya aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Afonya” və s.

 

13 oktyabr 1941 - Amerikalı rok-musiqiçi, bəstəkar, üç dəfə “Qremmi” mükafatı laureatı Pol Saymon (Paul Frederic Simon) anadan olub.

 

13 oktyabr 1956 - Amerika ssenaristi və prodüseri, “Məxfi materiallar” serialının yaradıcısı Kris Karter (Chris Carter) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi