9 oktyabr
9 oktyabr 1940 - İngilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon anadan olub...
Azərbaycan
9 oktyabr 1946 – Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov anadan olub. Lentə aldığı filmlər: “Doğma sahillər”, “Fəryad”, “Atları yəhərləyin”, “Özgə ömür”, “Təhminə”, “Ovsunçu”, “Otel otağı” və s.
9 oktyabr 1971 - Bakıda Abbas Mirzə Şərifzadə adına Aktyor Evi açılıb.
9 oktyabr 1991 - Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələri haqqında" qanun qəbul edilib. 1998-ci ilədək 9 oktyabr Milli Ordu günü kimi qeyd olunurdu. Həmin il prezident Heydər Əliyevin imzaladığı fərmanla Silahlı Qüvvələr günü kimi Xalq Cümhuriyyəti ordusunun yaranma tarixi (26 iyun 1918) qeyd olunmağa başlandı.
9 oktyabr 1997 - GUAM təşkilatının yarandığı gündür. Strasburqda Avropa Şurasının zirvə toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentlərinin görüşündə yeni regional əməkdaşlıq formatının - GUAM-ın yaradılması qərara alınıb.
Dünya
9 oktyabr Dünya Poçt Günüdür (World Post Day). 1969-cu ildə Dünya Poçt İttifaqı tərəfindən təsis olunub. BMT-nin rəsmi beynəlxalq günlər siyahısına daxildir.
9 oktyabr 1835 - Fransız bəstəkarı Şarl Kamil Sen-Sans (Charles Camille Saint-Saens, 1835-1921) anadan olub. Operaları: “Sarı şahzadə”, “Samson və Dalila”, “Gümüş zınqırov” və s.
9 oktyabr 1862 – Türkiyə yazıçısı Fatma Aliyə Topuz (1862-1936) İstanbulda doğulub. Türk ədəbiyyatının ilk qadın romançısı kimi tanınıb. Romanları: “Muhadarat” (1892), “Refet”, “Cövdət paşa və zamanı” və s.
9 oktyabr 1874 - Məşhur rus rəssamı, filosof və arxeoloq Nikolay Rerix (1874-1947) anadan olub.
9 oktyabr 1908 - Fransız komediya aktyoru, kinorejissor, «Oskar» laureatı Jak Tati (Jacques Tati, 1908-1982) anadan olub. Filmləri: “Mənim dayım”, “Parad”.
9 oktyabr 1926 - Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Evstiqneyev (1926-1992) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Baharın on yeddi anı”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”.
9 oktyabr 1940 - İngilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Lennon, 1940 - 8.12.1980) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: