“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.10.2013, 09:22
1617

7 oktyabr

A- A+

7 oktyabr 1933 - Əməkdar incəsənət xadimi, pianoçu, «Dan ulduzu» instrumental ansamblının yaradıcısı Gülarə Əliyeva anadan olub...

Azərbaycan

 

7 oktyabr 1369 – Dahi Azərbaycan şairi, filosof Seyid Əli İmadəddin Nəsimi (1369-1417) Şamaxıda anadan olub. Əsərlərini əsasən Azərbaycan dilində, qismən fars və ərəb dillərində yazıb. Nəsimi hürufilik təriqətinin ən məşhur nümayəndəsi kimi bütün Orta Şərqdə tanınıb. Ömrünün son illərini Suriyada yaşayıb. 1417-ci ildə Hələb şəhərində həbs olunub, "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilib. Qəbri Hələb şəhərindədir.

 

7 oktyabr 1933 - Əməkdar incəsənət xadimi, pianoçu, məşhur «Dan ulduzu» instrumental ansamblının yaradıcısı və rəhbəri Gülarə Əziz qızı Əliyeva (1933 - 27.7.1991) anadan olub. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir. Mədəniyyət və İncəsənət Universitetində musiqi nəzəriyyəsi kafedrasının müdiri olub.

 

7 oktyabr 1947 - Kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzov anadan olub. 1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir.

 

Dünya

 

7 oktyabr 1849 - Amerika yazıçısı, şair və ədəbiyyatşünas Edqar Allan Po (Edgar Allan Poe, 19.1.1809 -1849) vəfat edib. Detektiv və macəra əsərlərinin müəllifidir: “Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qırmızı ölümün maskası”, “Qara pişik”.

 

7 oktyabr 1915 - Rus şairəsi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.

 

7 oktyabr 1950 - Məşhur rus teleaparıcısı Vladimir Molçanov anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi