“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.10.2013, 10:05
1794

27 oktyabr

A- A+

27 oktyabr 1932 - Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı vəfat edib...

Azərbaycan

 

27 oktyabr 1931 – Filosof alim, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub.

 

27 oktyabr 1932 - Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı (5.4.1909 - 1932) vəfat edib. Teatr tamaşalarına musiqi bəstələyib, "Uşaq süitası" ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.

 

27 oktyabr 1937 – Tanınmış ictimai xadim, Azərbaycan mədəniyyətinin dünyada tanınmasında mühüm xidmətlər göstərmiş Ramiz Abutalıb oğlu Abutalıbov Ordubad şəhərində doğulub. 1971-1979, 1985-1993-cü illərdə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə təşkilatında - UNESCO-da çalışıb. 1992-2004-cü illərdə Azərbaycanın UNESCO-da daimi nümayəndəsi olub.

 

27 oktyabr 1939 - Ssenarist, Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada doğulub. “Şərikli çörək”, “Alma almaya bənzər” və s. filmlərin ssenari müəllifidir.

 

27 oktyabr 1945 - Rejissor, ssenarist, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov anadan olub. “Azərbaycanfilm” kinostudiyasında 40-dək filmdə (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi” və s.) ikinci rejissor kimi çalışıb. “Axırıncı dayanacaq” bədii filminə quruluş verib.

 

Dünya

 

27 oktyabr 1449 - Böyük türk (özbək) mütəfəkkiri, astronom və riyaziyyatçı, dövlət xadimi Məhəmməd Tarağay Uluqbəy (22.3.1394 - 1449) vəfat edib. Əmir Teymurun nəvəsidir, atası Şahruxun ölümündən sonra Teymurilər dövlətinin başçısı olub. Özbək dilində şeirlər yazıb. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mükəmməl astronomiya kataloqu olub.

 

27 oktyabr 1782 - İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini, 1782 - 27.5.1840) anadan olub. Sonatalar, kvartetlər və digər musiqi əsərlərinin müəllifidir.

 

27 oktyabr 1883 - Litva ədəbiyyatında romantizmin görkəmli nümayəndəsi, şair və dramaturq Mikolas Vaytkus (Mykolas Vaitkus, 1883-1973) anadan olub.

 

27 oktyabr 1899 - Rus aktyoru, SSRİ-nin Xalq artisti Mixail İvanoviç Jarov (1899-1949) anadan olub. 1926-1929-cu illərdə Bakı İşçi Teatrında (indiki Dövlət Rus Dram Teatrı) çalışıb.

 

27 oktyabr 1952 - Yapon əsilli Amerika filosofu və yazıçısı Frensis Fukuyama (Yoshihiro Francis Fukuyama) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi