“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.10.2013, 09:44
1436

11 oktyabr

A- A+

11 oktyabr 1983 - Görkəmli nasir, Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimov vəfat edib...

Azərbaycan

 

11 oktyabr 1938 - Yazıçı, tərcüməçi Emil Ağayev anadan olub. “Qara gölün cəngavərləri” bədii filminin ssenari müəllifidir.

 

11 oktyabr 1959 - Kinooperator Rövşən Quliyev anadan olub. 1977-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir sıra bədii və sənədli filmlərin quruluşçu operatorudur.

 

11 oktyabr 1983 - Görkəmli nasir, Xalq yazıçısı Süleyman Rəhimov (10.12.1900, Qubadlı, Əyin kəndi - 1983) vəfat edib. "Şamo" roman-epopeyası, "Saçlı", “Ağbulaq dağlarında”, “Mahtəvan”, "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Yazıçılar Birliyinin sədri olub, partiya-dövlət vəzifələrində çalışıb, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

 

Dünya

 

11 oktyabr 1885 - Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) anadan olub. "Məhəbbət səhrası", "İlan yığnağı", "Allah və Mammon", "İsanın həyatı", "Quzu" romanları, "Asmodey" pyesi və s. əsərlərin müəllifidir.

 

11 oktyabr 1894 – Alman əsilli rus yazıçısı Boris Pilnyak (Boray; 1894-1938) anadan olub. Əsərləri: “Ac il”, “Duz anbarı”, “Volqa Xəzər dənizinə tökülür”, “Sönməmiş ayın povesti” və s. Repressiya qurbanı olub.

 

11 oktyabr 1900 - Gürcü aktyoru, teatr rejissoru, SSRİ-nin Xalq artisti Dodo Antadze (1900-1971) anadan olub.

 

11 oktyabr 1919 – Tanınmış amerikalı caz musiqiçisi Art Bleyki (Art Blakey, əsl adı Abdullah Ibn Buhaina, 1919-1990) anadan olub.

 

11 oktyabr 1942 - Tanınmış hind aktyoru Amitabx Baççan (Amitabh Bachchan) anadan olub. Məşhur filmləri: “Qisas və qanun”, “Gecikmiş intiqam”, “Andlar və vədlər”, “Üç qardaş”, “Taleyin hakimi” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi