“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.11.2013, 09:43
1498

6 noyabr

A- A+

6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb...

Azərbaycan

 

6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də isə Azərbaycanda ilk televiziya verilişi efirə çıxdı - Bakı televiziya studiyası fəaliyyətə başladı. 6 noyabr Azərbaycan televiziyası və radiosu günü kimi qeyd olunur.

 

6 noyabr 1931 - Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-4.4.1907) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir, SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü olub.

 

6 noyabr 1974 - Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923, Naxçıvan, Babək rayonu - 1974) vəfat edib. "Göz həkimi", "Ana ürəyi", "Yolayrıcı" və s. pyeslərin, populyar mahnıların ("Bakı, sabahın xeyir", "Bakılı qız" və s.) sözlərinin müəllifidir. Rus poeziyasından tərcümələr tərcümələr edib.

 

6 noyabr 2009 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 11.4.1914 - 2009) vəfat edib. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.

 

Dünya

 

6 noyabr 1814 - Belçikalı musiqi aləti ustası, saksafonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax, 1814-1894) anadan olub.

 

6 noyabr 1852 - Rus yazıçısı və dramaturqu Dmitri Mamin-Sibiryak (1852-1912) anadan olub. “Dağ yuvası”, “Privalov milyonları”, “Qızıl” və s. romanların müəllifidir.

 

6 noyabr 1931 - Rus əsilli Amerika rejissoru, “Oskar” mükafatı laureatı Mayk Nikols (Mixail İqoreviç Peşkovski) anadan olub.

 

6 noyabr 1936 - Tanınmış Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-18.4.2003) anadan olub. Filmləri: “Tabor səmaya gedir”, “Mənim nəvazişli və zərif heyvanım” . 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi