19 noyabr
19 noyabr 1993 - Məşhur rus kinorejissoru, SSRİ Xalq artsiti Leonid Qayday vəfat edib...
Azərbaycan
19 noyabr 1935 – Tanınmış dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935 - 8.11.2010) anadan olub. Uzun illər Xarici Dillər İnstitutuna (hazırda Universitet) rəhbərlik edib.
Dünya
19 noyabr 1528 - İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528-1588) anadan olub.
19 noyabr 1711 – Görkəmli rus alimi, şair, müasir rus ədəbi dilinin banisi Mixail Vasilyeviç Lomonosov (1711-1765) anadan olub.
19 noyabr 1843 - İsveçrə filosofu, empiriokritisizmin banilərindən biri Rixard Avenarius (Richard Heinrich Ludwig Avenarius; 1843-1896) anadan olub.
19 noyabr 1900 - Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers - əsl adı Netty Reiling, 1900-3.6.1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Yedinci xaç”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.
19 noyabr 1903 - Məşhur baletmeyster və pedaqoq, SSRİ-nin Xalq artisti Asaf Mixayloviç Messerer (1903-1992) anadan olub.
19 noyabr 1921 - Rus kinodramaturqu Emil Braginski (1921-1998) anadan olub. Eldar Ryazanovun əksər filmlərinin ssenari müəllifidir.
19 noyabr 1962 – Məşhur Amerika kinoaktrisası Codi Foster (Alicia Christian «Jodie» Foster) anadan olub. İki dəfə “Oskar” mükafatına (“Müttəhimlər” (1988), “Quzuların susması” (1991) layiq görülüb.
19 noyabr 1993 - Məşhur rus kinorejissoru, SSRİ Xalq artsiti Leonid Qayday (30.1.1923 - 1993) vəfat edib. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin macəraları” “Brilyant əl” və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: