“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.11.2013, 10:03
1506

14 noyabr

A- A+

14 noyabr 2006 – Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev vəfat edib...

Azərbaycan

 

14 noyabr 1917 - Kosmik aviasiya general-leytenantı Kərim Kərimov (1917-2003) anadan olub. Uzun illər sovet kosmonavtikasının rəhbərlərindən biri, kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri olub. Fəaliyyəti məxfi qrif altında olduğu üçün geniş ictimaiyyət azərbaycanlı general Kərimovu yalnız 90-cı illərdə tanıdı.

 

14 noyabr 1925 - Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 - 26.12.1995) anadan olub. 

 

14 noyabr 1942 – Tanınmış xanəndə, Əməkdar artist, Prezident təqaüdçüsü Sabir Nüsrət oğlu Mirzəyev (1942 -23.7.2011) Cəlilabad rayonunda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. İfa etdiyi muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları” və s.) televiziya və radionun “qızıl fond”unda saxlanılır.

 

14 noyabr 1967 – Tanınmış aktyor, Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 - 1967) vəfat edib. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.

 

14 noyabr 2006 – Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (1934-2006) vəfat edib. 1960-1980-ci illərdə Azərbaycan Televiziyası və Radiosu Estrada Orkestrinin solisti olub.

 

Dünya

 

14 noyabr 1719 - Avstriya bəstəkarı, skripkaçı və pedaqoq Leopold Motsart (Leopold Mozart, 1719-1787) anadan olub. Dünya şöhrətli bəstəkar Volfqanq Amadey Motsartın atasıdır.

 

14 noyabr 1812 - İtalyan şairi Aleardo Aleardi (Aleardo Aleardi, 1812-1878) anadan olub.

 

14 noyabr 1840 - Görkəmli fransız rəssamı, impressionizmin banilərindən biri  Klod Mone (Oscar-Claude Monet, 1840-1926) anadan olub. Əsərləri: "Təəssürat. Doğan günəş”, "Kapusin bulvarı", "Bağda qadınlar" və s.

 

14 noyabr 1900 - Amerika bəstəkarı, pianoçu və dirijor Aron Koplend (Aaron Copland, 1900- 1990) anadan olub.

 

14 noyabr 1907 - Məşhur İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson, 1907- 28.1.2002) anadan olub.

 

14 noyabr 1924 - Dünya şöhrətli skripkaçı, SSRİ Xalq artsiti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 18

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 72

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 350

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 407

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 350

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 419

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 580

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1306

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 597

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 534

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 455

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 352

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 337

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 126

Redaktorun seçimi