“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.11.2013, 10:42
1927

12 noyabr

A- A+

12 noyabr 1840 - Görkəmli fransız heykəltəraşı Fransua Ogüst Roden anadan olub...

Azərbaycan

 

12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də yeni Konstitusiyanın qəbulu ilə bağlı ümumxalq referendumu və çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri və keçirilib. Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edildi.

 

12 noyabr 1950 - Əməkdar artist Pərviz Sadıq Saleh oğlu Bağırov anadan olub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “Azərbaycanfilm”də lentə alınan bir çox filmin səsləndirilməsində, filmlərin dublyajında iştirak edib.

 

Dünya

 

12 noyabr 1833 - Məşhur rus bəstəkarı Aleksandr Borodin (1833-1887) anadan olub. “Knyaz İqor” operasının müəllifidir.

 

12 noyabr 1840 - Görkəmli fransız heykəltəraşı, heykəltəraşlıqda impressionizmin (“Mütəfəkkir” heykəli) banilərindən biri Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin; 1840-1917) anadan olub.

 

12 noyabr 1929 - Rus aktyoru və kinorejissoru, SSRİ Xalq artisti Rolan Anatolyeviç Bıkov (1929-1998) anadan olub. Filmləri: “12 stul” (Mark Zaxarovun quruluşunda, Fyodor ata), “Əlibaba və 40 quldurun macəraları” (sovet-hind filmi).

 

12 noyabr 1935 - Tanınmış rus aktrisası və müğənnisi, SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 – 30.3.2011) anadan olub. Filmləri: “Mexanik Qavrilovun sevimli qadını”, “İki nəfər üçün vağzal” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi