16 noyabr
16 noyabr 1938 - Məşhur aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə dünyasını dəyişib...
Azərbaycan
16 noyabr 1938 - Məşhur aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə, 12.12.1893, Şamaxı - 1938) dünyasını dəyişib. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilib, İran dövlətinə casusluq etməkdə ittiham olunaraq güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.
16 noyabr 1995 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941, Gəncə - 1995) vəfat edib. "Böyük dayaq" filmində (1962) yaratdığı Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb.
Dünya
16 noyabr Beynəlxalq Tolerantlıq günüdür (International Day for Tolerance). 1995-ci ildə UNESCO-nun Baş konfransında qəbul olunan “Tolerantlıq prinsipləri Bəyannaməsi”ndə təsis olunub. 1997-ci ildə BMT-nin Baş Assambleyası dünya dövlətlərinə bu beynəlxalq günü qeyd etməyi tövsiyə edib.
16 noyabr 1717 - Fransız filosofu və mütəfəkkiri, məşhur “Elm, incəsənət və peşə Ensikpopediyası”nın müəlliflərindən biri Jan Leron D'Alamber (Jean Le Rond D'Alembert, 1717 - 29.10.1783) anadan olub.
16 noyabr 1895 - Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith, 1895-28.12.1963) anadan olub.
16 noyabr 1900 - Rus yazıçı-dramaturqu Nikolay Poqodin (Stukalov; 1900-1962) anadan olub. Lenin və Oktyabr inqilabı haqqında pyeslərin müəllifi kimi məşhurlaşıb.
16 noyabr 1962 - Rus bəstəkarı və müğənnisi, Rusiyanın Xalq artisti İqor Kornelyuk anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: