“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.11.2013, 10:25
1248

11 noyabr

A- A+

11 noyabr 1821 – Böyük rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Dostoyevski anadan olub...

Azərbaycan

 

11 noyabr 1907 - Şair, dramaturq Mirmehdi Həsən oğlu Seyidzadə (1907 - 31.8.1976) Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində doğulub. İbtidai təhsilini İranın Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, kiçik pyeslər yazıb. Rus ədiblərinin əsərlərini dilimizə tərcümə edib.

 

11 noyabr 1921 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 – 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana, Ərdəbil şəhərinə köçüb, milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb, ADU-nun filologiya fakültəsini bitirib, ədəbi yaradıcılığını davam etdirib.

 

11 noyabr 1934 - Xalq artisti İslam Tapdıq oğlu Rzayev (1934 - 28.1.2008) anadan olub. 20 ilə yaxın Muğam Teatrının bədii rəhbəri olub, 100-dən çox gənc ifaçı yetişdirib.

 

11 noyabr 1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının və Mingəçevir su anbarının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi.

 

11 noyabr 1951 - Xalq artisti, aktyor, rejissor İsmayıl Hidayətzadə (19.8.1901 - 1951) vəfat edib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi "Koroğlu" və "Arşın mal alan" tamaşaları böyük uğur qazanıb. İlk milli baletimizin - "Qız qalası"nın librettosunu yazıb. Bir neçə filmdə ("Qız qalası", "Almaz" və s.) çəkilib.

 

Dünya

 

11 noyabr 1821 – Böyük rus yazıçısı, mütəfəkkir, publisist  Fyodor Mixayloviç Dostoyevski (1821 – 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Ölülər evindən qeydlər”, “Cinayət və cəza”, “Qumarbaz”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” romanlarının müəllifidir.

 

11 noyabr 1837 - Polyak rəssamı Artur Qrotqer (Artur Grottger, 1837-1867) anadan olub.

 

11 noyabr 1922 - Amerika yazıçısı, satirik əsərlər müəllifi Kurt Vonnequt (Kurt Vonnegut, 1922-2007) anadan olub.

 

11 noyabr 1944 - Məşhur türk kinoaktyoru, komik rollar mahir ifaçısı Kamal Sunal (1944 - 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə çəkilib: “Salako”, “Hababam sinfi”, “Tosun Paşa”, “Çöpçüler kralı”, “Gərib Şaban”, “Kreslo bəlası” və s.

 

11 noyabr 1962 - Amerika kinoakrtisası Demi Mur (Demi Moore) anadan olub.

 

11 noyabr 1974 - Amerika kinoaktyoru Leonardo Di Kaprio (Leonardo Wilhelm DiCaprio) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi