“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.12.2013, 10:45
1490

3 dekabr

A- A+

3 dekabr 2008 - Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin konfransında «Bakı bəyannaməsi» qəbul olunub...

Azərbaycan

 

3 dekabr 1920 - Şair Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 -12.12.1999) anadan olub.

 

3 dekabr 2008 - Bakıda Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin «Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» adlı konfransında «Bakı bəyannaməsi» qəbul olunub. İlk dəfə olaraq Bakı konfransında, Avropa dövlətləri ilə yanaşı, müsəlman ölkələri də təmsil olunub.

 

Dünya

 

3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

 

3 dekabr 1358 - Osmanlı imperatorluğunda məşhur sufi şeyxi və dinşünas kimi ad çıxarmış Bədrəddin Mahmud Simavi (1358 - 1416/1420) anadan olub.

 

3 dekabr 1895 - Avsrtiya əsilli Britaniya psixoloqu, uşaq psixoanalizinin yaradıcısı Anna Freyd (1895-1982) anadan olub. Psixoanalizin banisi Ziqmund Freydin qızıdır.

 

3 dekabr 1927 - Amerikalı estrada müğənnisi və aktyor Endi Uilyams (Andy Williams - Howard Andrew Williams) anadan olub.

 

3 dekabr 1930 - Fransız kinorejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın banilərindən biridir. Filmləri: “Kiçik əsgər”, “Motsart – həmişəlik”, “Birnəfəsə”, “Ağılsız Pyero” və s.

 

3 dekabr 1948 - Məşhur britaniyalı rok-müğənni, «Black Sabbath» qrupunun lideri Ozzi Osborn (Ozzy Osbourne - əsl adı John Michael Osbourne) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi