“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.12.2013, 09:36
1330

15 dekabr

A- A+

15 dekabr 1909 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadə anadan olub...

Azərbaycan

 

15 dekabr 1905 - Rəssam Reyhan İbrahim qızı Topçubaşova (1905 - 5.3.1970) anadan olub.

 

15 dekabr 1909 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli boyakar, Xalq rəssamı Səttar Bəhlul oğlu Bəhlulzadə (1909 - 14.10.1974) Bakının Əmircan kəndində doğulub. Əsərləri: “Kəpəzin göz yaşları”, “Vətənimin baharı", "Azərbaycan nağılı", "Suraxanı atəşgahı", “Babəkin üsyanı”, “Fətəli xan” və s. Bir çox ölkələrdə fərdi sərgiləri təşkil edilib, əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır.

 

15 dekabr 1910 – Tarixçi alim, Azərbaycan Elmlər Akademiyasının akademiki İsmayıl Abbas oğlu Hüseynov (1910 - 8.11.1969) anadan olub. Akademiyanın Tarix İnstitutunun direktoru (1941-1944 və 1958-1960) işləyib.

 

15 dekabr 1912 - Azərbaycanın ilk qadın bəstəkarlarından biri Ağabacı Rzayeva (1912 - 4.7.1975) anadan olub. Bir çox mahnı və romansların, simli kvartet üçün pyeslərin və s. əsərlərin müəllifidir. 

 

15 dekabr 1913 - Tanınmış ictimai xadimi, tarix elmləri doktoru Kamran Əsəd oğlu Hüseynov (1913-20.4.2006) Qubadlı rayonunun Çərəli kəndində doğulub. 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, 1980-1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri olub. «Şöhrət» ordeni ilə təltif edilib. “Bir ömrünsalnaməsi” və “Quruculuğa həsr olunmuş ömür” xatirə kitablarının müəllifidir.

 

 
15 dekabr 1920 - Azərbaycan İnqilab Komitəsi “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret imzalayıb.

 

15 dekabr 1924 - Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə, 1924 - 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində anadan olub. "Azad", "Yolda" pyesləri, “Bahar gələndə”, “Sən mənimlə get”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm”, “Dilqəm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.

 

15 dekabr 1946 - Şair, kinodramaturq, tərcüməçi Ramiz Rövşən (Ramiz Məmmədəli oğlu Əliyev) Bakının Əmircan kəndində doğulub. Kitabları: “Göy üzü daş saxlamaz”, “Gedək biz olmayan yerə”, “ Nəfəs - kitablar kitabı” və s. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib. “Babamızın babasının babası”, “Şəhərli biçinçilər”, “Özgə vaxt” (H.Mehdiyevlə birgə), “Qala” (Ş.Nəcəfzadə ilə birgə) filmlərinin ssenari müəllifidir.

 

Dünya

 

15 dekabr Beynəlxalq Çay Günüdür (İnternational Tea Day). Beynəlxalq Təhsil və Ünsiyyət Mərkəzi tərəfindən çay içkisini dünyada populyarlaşdırmaq məqsədilə təsis olunub. Hindistan, Şri-Lanka, İndoneziya və s. ölkələrdə qeyd olunur.

 

15 dekabr 1798 - İtalyan şairi Antonio Qvandanoli (Antonio Guadagnoli, 1798- 1858) anadan olub.

 

15 dekabr 1832 - Məşhur fransız mühəndisi, Parisdəki Eyfel qülləsinin müəlifi Aleksandr Gustav Eyfel (Alexandre Gustave Eiffel; 1832-1923) anadan olub.

 

15 dekabr 1859 - Esperanto beynəlxalq dilinin yaradıcısı, yəhudi əsilli Polşa linqvisti Lüdoviq Lazar Zamenhof (Ludwik Lejzer Zamenhof, 1859 - 1917) anadan olub.

 

15 dekabr 1903 - Rus kinorejisoru, SSRİ Xalq artisti Yuli Yakovleviç Rayzman (1903 - 1994) anadan olub. Filmləri: “Kommunist”, “Qəribə qadın” və s.

 

15 dekabr 1966 - Amerika kinorejissoru, məşhur cizgi filmlərinin yaradıcısı Uolt Disney (Walter Elias "Walt" Disney, 5.12.1901- 1966) vəfat edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi