22 dekabr
22 dekabr 1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Seyidbəyli anadan olub...
Azərbaycan
22 dekabr 1898 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Ağarza Səməndər oğlu Quliyev (1898 - 15.9.1976) Lənkəranda doğulub. “Mən ki gözəl deyildim” (Rəhim baba), ”Sevil” (Babakişi) filmlərində çəkilib. “Qara daşlar”, “Səhər”, “Ulduz” flimlərinə quruluş verib.
22 dekabr 1906 - Xalq artisti, müğənni Əlövsət Şirəli oğlu Sadıqov (1906-1971) anadan olub.
22 dekabr 1911 - Görkəmli jurnalist, pedaqoq, professor Nəsir İmanquliyev (1911-1998) anadan olub. 1947-ci ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) jurnalist kadrların hazırlanması işinə böyük töhfə verib. "Bakı" və "Baku" qəzetlərinin qurucusu və 30 ilə yaxın baş redaktoru olub.
22 dekabr 1918 - Əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadə (Mixaylo) (1918 - 2.11.1944) Bakının Novxanı kəndində doğulub. 1944-cü il noyabrın 2-də Sloveniyanın Vitovla kəndində alman faşistləri ilə döyüşdə həlak olub. Onun qəhrəmanlığı İ.Qasımov və H.Seyidbəylinin “Uzaq sahillərdə” əsərində və eyniadlı filmdə (1958) əksini tapıb.
22 dekabr 1920 - Tanınmış kinodramaturq, yazıçı, rejissor Həsən Mehdi oğlu Seyidbəyli (1920 - 25.6.1980) anadan olub. «Uzaq sahillərdə» (İ.Qasımovla birgə), «Cəbədən cəbhəyə» romanlarının, pyeslərin, bir çox filmlərin ssenarilərinin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” bədii filmlərinə quruluş verib.
22 dekabr 1934 - Xalq artisti, aktyor İbrahim Əhməd oğlu Məmmədov anadan olub.
22 dekabr 1937 - Tarixçi, etnoqraf, AMEA-nın müxbir üzvü Arif Akim oğlu Abbasov (1937-21.4.2005) Naxçıvanda doğulub. Azərbaycanda etnomədəni, etnososial proseslərin tədqiqinə dair əsərlərin müəllifidir.
22 dekabr 1958 – Əməkdar mədəniyyət işçisi, jurnalist, ssenarist Müsəllim Qaman oğlu Həsənov Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. Televiziya filmlərinin, “Əbədi ezamiyyət”, “Son iclas” və s. bədii-sənədli filmlərin ssenari müəllifidir.
22 dekabr 1992 - Ali Sovetin Milli Şurası «Azərbaycan Respublikasının dövlət dili haqqında» qanun qəbul edib. Qızğın mübahisələr sonrası, 50 deputatdan 34-nün səsi ilə qəbul edilən qanunda dövlət dilinin "türk dili" kimi təsbitlənməsi dilçi alimlər arasında və ümumən cəmiyyətdə birmənalı qarşılanmadı. 1995-ci ildə qəbul edilən Azərbaycan yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili olaraq təsbitləndi və bu qanun faktiki qüvvəsini itirdi.
Dünya
22 dekabr 1819 - Alman bəstəkarı Frans Abt ( Franz Abt, 1819 - 1885) anadan olub.
22 dekabr 1858 - Görkəmli italyan bəstəkarı Cakomo Puççini (Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini, 1858 - 29.11.1924) anadan olub. “Bohema”, “Toska”, “Madam Batterflyay” operalarının müəllifidir.
22 dekabr 1937 - Rus yazıçısı Eduard Uspenski (1937-2018) anadan olub. Uşaqlar üçün populyar əsərlərin (“Timsah Gena və dostları”, “Fyodor dayı, it və pişik”) müəllifidir.
22 dekabr 1962 - Məşhur ingilis aktyoru Ralf Fayns (Ralph Nathaniel Fiennes) anadan olub. Filmləri: “Şindlerin siyahısı”, “İngilis pasiyenti” və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: