“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.12.2013, 10:21
1324

11 dekabr

A- A+

11 dekabr 1918 - Xalq yazıçısı Bayram Bayramov Ağdamın Şıxavənd kəndində anadan olub...

Azərbaycan

 

11 dekabr 1918 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (1918 - 9.11.1994) Ağdamın Şıxavənd kəndində anadan olub. Böyük Vətən müharibəsində iştirak (1942-1944) edib. "Xəzinə", "Bəlalı sevgim", “Yarpaqlar”, “Onun gözləri”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim” (1968), “Firəngiz” (1975), “Onun bəlalı sevgisi” (1980) filmlərinin ssenarisini yazıb.
 

Dünya

 

11 dekabr 1803 - Məşhur fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz, 1803 - 8.3.11869) anadan olub. Əsərləri: “Fantastik simfoniya”, “Benvenuto”, “Çellini” operaları və s.

 

11 dekabr 1810 - Fransız şairi, nasir və dramaturq Alfred Musse (Alfred de Musset, 1810 - 1857) anadan olub. “Əsrin oğlunun etirafı”. “Gecələr” və s. romanların müəllifidir.

 

11 dekabr 1890 - Məşhur Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel, 1890-1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.
 

11 dekabr 1913 - Görkəmli fransız aktyoru, rəssam, heykəltəraş Jan Mare (Jan Alfred Villen-Mare, 1913 - 8.11.1998) anadan olub. "Bəyaz gecələr", "Qraf Monte-Kristo", "Parisin sirləri", "Dəmir maska", Fantomas haqqında filmlərdə  yaddaqalan rollar yaradıb. 
 

11 dekabr 1918 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (1918 - 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya olunur, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "QULAQ arxipelaqı", "Qırmızı təkər" və s. romanların müəllifidir.
 

11 dekabr 1930 - Tanınmış fransız aktyoru, rejissor, ssenarist Jan-Lui Tretinian (Jean-Louis Trintignant) anadan olub. Baş rolu oynadığı «Kişi və qadın” flimi (1966) iki dəfə “Oskar” alıb. Digər filmləri: “Və Tanrı qadını yaratdı”, “Təhlükəli əlaqələr”, “Dzeta” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi