“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.02.2013, 16:53
1299

Azərbaycan tarixi günbəgün: 1 fevral

A- A+

1 fevral 1994 – Erməni təxribatçı qrupunun Kislovodsk-Bakı sərnişin qatarında törətdiyi partlayış nətiəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb.

1 fevral 1930 – Sovet hökuməti (SSRİ Xalq Komissarları Soveti) "Kütləvi kollektivləşmənin sürətləndirilməsi və qolçomaqlarla mübarizə haqqında" qərar qəbul edib. Kolxoz quruculuğu ilə bağlı genişmiqyaslı repressiya maşını Azərbaycanda da işə düşüb. Kolxoza qarşı çıxanlar ya məhv edilir, ya da sürgünə göndərilirdi.

 

1 fevral 1949 – Türkiyənin paytaxtı Ankarada "Azərbaycan Kültür Dərnəyi" təsis edilib. Bu, dünyadakı azərbaycanlı diasporunun təşkilatlanması sahəsində ilk addım idi. Bundan sonra, 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizlik naziri Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da  Amerika Azərbaycan Cəmiyyətini təsis etdi. Hazırda bu quruma N.Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.

 

1 fevral 1994 – Erməni təxribatçı qrupu Bakı dəmir yolu vağzalında Kislovodsk-Bakı sərnişin qatarında partlayış törədib. Terror aktı nətiəsində 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdı. 1990-cı illərin əvvəlində erməni təxribatçıları tərəfindən Azərbaycana qarşı onlarla terror aktı həyata keçirilib, bu qanlı olaylarda 2 mindən çox insan həlak olub. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi