“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.02.2013, 16:46
1566

Azərbaycan tarixi günbəgün: 22 fevral

A- A+

22 fevral 1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verib.

22 fevral 1869 – Böyük yazıçı, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Naxçıvanda anadan olub. Cəlil Məmmədquluzadə hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Yazıçı ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub. 1932-ci il yanvarın 4-də vafat edib.

 

22 fevral 1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində başlanan Dağlıq Qarabağ münaqişəsində ilk toqquşma baş verib. Erməni millətçiləri Əsgəran qəsəbəsi yaxınlığında Ağdam rayonundan olan iki azərbaycanlı gənci qətlə yetiriblər. Rəsmi orqanlar azərbaycanlı əhalinin erməni şovinistlərinə adekvat cavab verməsinə imkan vermədilər.

Həmin gün Bakıda ermənilərin Qarabağa iddialarına etiraz olaraq mitinq keçirilib. Bu arada Ermənistanın Qafan rayonundan azərbaycanlıların kütləvi deportasiyası başlanıb.

 

22 fevral 1994 – Prezident Heydər Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına ilk rəsmi səfərə gedib. Səfər gedişində prezident Heydər Əliyev və Britaniya baş naziri Con Meycor arasında görüş keçirilmiş, dövlətlərarası sənədlər imzalanmış, "Əsrin müqaviləsi" ilə bağlı danışıqlar aparılmışdı.

 

22 fevral 2001 – Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 1997-1998-ci illərdə tərəflərə rəsmən təklif etdiyi üç nizamlama planını (“paket həll”, “mərhələli həll”, “ümumi dövlət”) ilk dəfə mətbuat səhifələrində geniş ictimaiyyətin müzakirəsinə çıxarıb. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi